İNTİQAM ƏLİYEVİN ƏMLAKINA HƏBS QOYULA BİLƏR

Vəkillər Kollegiyasını (VK) məhkəməyə verməsinə, onun rəhbərliyi barəsində tənqidi yazılar dərc etdirdiyinə görə “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin (HMC) təsisçisi, “Hüquq” qəzetinin baş redaktoru İntiqam Əliyevdən 200 min AZN təzminat tələb edən qurumun rəhbərliyi həm də onun əmlakına həbs qoydurmaq niyyətindədir.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “HMC” rəhbəri İ. Əliyevin məlumat verib. O, bildirib ki,  “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna 3 iyun 2005-ci ildə lisenziyalı hüquqşünasların ixtisas imtahanı vermədən Kollegiyanın üzvlüyünə qəbulunu nəzərdə tutan dəyişikliklərin edilməsindən sonra özünün bu quruma üzvlüyünün rəsmiləşdirilməsi başlanıb. Lakin VK-nın Rəyasət Heyəti 19 noyabr 2005-ci tarixli iclasında İ. Əliyevə bu haqqı tanımaqdan imtina edib. Hüquqşünas VK-nın bu qərarından 2005-ci ilin dekabrında Nəsimi Rayon Məhkəməsinə şikayət verib. Məhkəmənin 19 dekabr 2005-ci il tarixli qərarı ilə onun bu iddiasına məhkəmədə baxılmalı olmadığı səbəbindən iddianın yolverilməzliyinə görə şikayəti geri qaytarıb. 23 avqust 2008-ci ildə işinə qanunsuz olaraq baxılmaması faktı ilə bağlı İ. Əliyev Məhkəmə Hüquq Şurasına və digər səlahiyyətli qurumlara müraciət edib. Həmin müraciətdən sonra Nəsimi Rayon Məhkəməsində İ. Əliyevin işi üzrə məhkəmə prosesi keçirilib və proses 6 noyabr 2008-ci ilə təyin edilib. Lakin bu dəfə də proses baş tutmayıb. 2007-ci ilin 9 mart tarixində VK İ.Əliyevə qarşı iddia qaldıraraq İ. Əliyevi VK barədə əsassız məlumatlar dərc etdirməkdə ittiham edərək əmlakına və bank hesablarına həbs qoyulmasına dair qərar qəbul olunmasını xahiş edib.
Qeyd edək ki, növbəti məhkəmə plenum iclası 17 aprel saat 15:00-a keçirilib.
Previous Post

“TURAN” İNFORMASİYA AGENTLİYİ YENİ İNFORMASİYA KONTENTİNİ AÇIB

Next Post

“GÜNDƏLİK BAKI”-NIN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.