“GÜNDƏLİK BAKI”-NIN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Bu gün (15 aprel) Yasamal rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə “Hacı Mazan” MMC-nin təsisçisi Ramazan Zeynalovun “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilməli idi.

Lakin proses cavabdeh tərəfin vəkili Zaur İbadovun iştirak etmədiyinə görə  17 aprel saat 17:00 tarixinə kimi təxirə salındı.
Xatırladaq ki, iddiaya səbəb "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələr olub. İddiaçı tərəf həmçinin üzr istənilməsini, təkzib verilməsini və mənəvi zərərə görə “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevdən 1000000 (bir milyon) AZN tutularaq şirkətə ödənilməsini istəmişdir.
Previous Post

İNTİQAM ƏLİYEVİN ƏMLAKINA HƏBS QOYULA BİLƏR

Next Post

RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİ: “KANALLARLA BAĞLI HEÇ BİR PROBLEM YOXDUR”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.