“AYAN” QƏZETİNİN BAŞ REDAKTORUNUN DÖYÜLMƏSİ İLƏ BAĞLI ARAŞDIRMA APARILIR

Bu gün (18 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində  “Ayan” qəzetinin təsisçisi  və baş redaktoru Cavid Ələsgəroğlu (Şirəliyev) bir neçə gün öncə fiziki təzyiqə məruz qalması ilə bağı mətbuat konfransı keçirdi. Baş vermiş hadisə ilə bağlı məlumat verən C.Ələsgəroğlu  əlavə etdi ki, bir çox qəzetlər hadisə ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar.

“Rəhbəri olduğum “Ayan” qəzetində ayrı-ayrı məmurlar barəsində mütəmadi olaraq sərt tənqidi yazılar dərc olunub. Tənqidi məqalələrdən biri  də DİN naziri Ramil Usubov haqqında yazılıb. Bəzi həmkarlarım bunu əllərində əsas tutaraq, döyülməyimi R. Usubova bağlamaq istəyirlər. Bundan başqa, Masallı rayonunda yerləşən Heydər Əliyev adına “Viləş” Su Anbarının direktoru Ağabəy Ağayevin qəzetə qarşı iddiası var. Ancaq baş vermiş hadisənin konkret kimin tərəfindən sifariş və ya icra olunduğunu dəqiq bilmirəm. Bu səbəbdən kimisə  ittiham etmək doğru olmaz” – deyən C.Ələsgəroğlu hazırda polis tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparıldığını vurğuladı.
Xatırladaq ki, “Ayan” qəzetinin təsisçisi və baş redaktoru C. Ələsgəroğlu sentyabrın 13-də gecə saat 2.30-3.00 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Hüseyn Seyidzadə 28 ünvanında yerləşən evlərinin həyətində naməlum şəxslər tərəfindən döyülmüş və aldığı xəsarət nəticəsində Semaşko adına xəstəxanaya yerləşdirilmişdi.

Previous Post

ELAN!

Next Post

“TƏZADLAR” QƏZETİNİN BAŞ REDAKTORU MƏTBUAT ŞURASI BARƏDƏ PREZİDENTƏ MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.