“TƏZADLAR” QƏZETİNİN BAŞ REDAKTORU MƏTBUAT ŞURASI BARƏDƏ PREZİDENTƏ MÜRACİƏT EDİB

Mətbuat Şurası Şikayətlər üzrə Komissiyanın sentyabrın 16-da keçirilən iclasında “Təzadlar” qəzetinin “reket” qəzetlər siyahısına salınması ilə bağlı təklif irəli sürülüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş redaktoru Asif Mərzili məlumat verib.

O bildirib ki, “Təzadlar ” qəzeti ilə bağlı məsələ Türkiyə səfirliyinin müraciəti əsasında gündəliyə çıxarılıb: “Mən həmin iclasda Türkiyə səfirliyi ilə bağlı yazılanların həqiqət olduğunu bildirdim. Səfirliyin mətbuat attaşesi Bülənt Uğur isə deyilənləri inkar edə biləcək heç bir fikir söyləmədi”.
Asif Mərzili onu da qeyd etdi ki, həmin iclasda “Təzadlar” qəzetinin “reket” qəzetlər siyahısına salınması müzakirə edilməyib: “Səfirliyin nümayəndəsi qəzetə hər hansı bir cəza verilməsini deyil, xəbərdarlıq edilməsini istədiyini bildirdi. Lakin mən iclasdan çıxandan sonra “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun təkidi ilə bu məsələ müzakirə olunub”.
A.Mərzili yekun qərarla bağlı iclasın sentyabrın 23-də keçiriləcəyini, həmçinin “Təzadlar”ın “reket” qəzetlər siyahısına salınmayacağına ümid etdiyini bildirdi: “Artıq bununla bağlı prezidentə müraciət etmişəm və beynəlxalq təşkilatlara da müraciət etməyə hazırlaşıram”.
Məsələ ilə bağlı Mətbuat Şurasından münasibət öyrənmək cəhdlərimiz baş tutmadı.

Previous Post

“AYAN” QƏZETİNİN BAŞ REDAKTORUNUN DÖYÜLMƏSİ İLƏ BAĞLI ARAŞDIRMA APARILIR

Next Post

GƏNC BLOQÇULARIN VALİDEYNLƏRİNİN İDDİASI TƏMİN OLUNMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.