İDRAK ABBASOVUN VƏ AİLƏ ÜZVLƏRİNİN ÜZLƏŞDİYİ TƏZYİQLƏ BAĞLI DAXİLİ İŞLƏR NAZİRİNİN ŞƏXSİ NƏZARƏTİ AL

“Ayna”-“Zerkalo” qəzetlərinin, habelə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasov özünün və ailə üzvlərinin üzləşdiyi təzyiqlərlə bağlı daxili işlər naziri Ramil Usubovun şəxsi nəzarəti altında təhqiqat gedir.

İş üzrə yerində araşdırma aparmaq üçün DİN Baş İdarəsindən birbaşa jurnalistin ailəsinin yaşadığı əraziyə əməkdaş ezam edilib. Bu barədə İ.Abbasovun özü məlumat verdi. Onun sözlərinə görə Nəriman adlı polkovnik leytenant bu gün ailəmizin yaşadığı evlərə baxış keçirib, hadisə ilə bağlı yerində izahatlar alıb.
            Qeyd edək ki, İ.Abbasov ötən həftənin sonunda DİN Baş İdarəsinin rəis müavini Orxan Kərimov tərəfindən qəbul edilib və o, jurnalistə işin şəxsən nazir R.Usubovun nəzarəti altında olduğunu bildirib.

Habelə İ.Abbasov bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşov tərəfindən qəbul edilib. Şura sədri jurnalistdə bildirib ki, özünün və ailəsinin üzləşdiyi problemlərlə bağlı DİN-ə müraciət edilib. Ə.Amaşov qeyd edib ki, məsələ Şuranın nəzarətindən kənar qalmayacaq və məsələ ilə bağlı yaxın günlərdə bir qrup redaktor, habelə İ.Abbasovun iştirakı ilə daxili işlər naziri ilə görüş təşkil etməyə çalışacaq.

Xatırladaq ki, sentyabrın 9-da saat 10 radələrində “Binəqədi OİL”un 30-50 nəfərlik “xüsusi təyinatlı”sı ağır texnika ilə  Binəqədi rayon Xocasən qəsəbəsi Yuxarı Sulutəpə yaşayış massivi Ruslan Allahverdiyev küçəsində  daş hasarla hörülmüş və dəmir darvazası olan həyətdə   daxil olaraq İ.Abbasovun qohumlarımı vəhşiliklə döyüblər. Basqınçılar həyətə ekskavatorla darvazanı sındırmaqla daxil olublar. Daha sonra qara və mavi geyimli idmançı cüssəli şəxslər ağır ifadələrlə təhqir etməklə bərabər  qohumlarını ayaq və əl zərbələri, habelə rezin dəyənəklərlə döyüblər. Habelə İ.Abbasovun qardaşı Ədalət Abbasova məxsus evin bir qismi ekskavatorla uçurulub.
Baş verən hadisə ilə bağlı İ.Abbasovun atası Telman Abbasov 4 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə, qardaşı Ədalət Abbasov və anası Naimə Quliyeva 1 saylı Kliniki Mərkəzə (Semaşko) çatdırılıblar. Hazirda onlar ev şəraitində müalicələrini davam etdirirlər.  Onu da qeyd edək ki, İ.Abbasovun özü barədə polisə xuliqanlıqla bağlı, qardaşları Vaqif Abbasov və Raman Abbasov barədə isə  “adam döymə” ilə bağlı şikayətlər verilib. Ailənin hüquqlarının qorunması ilə Media Hüququ İnstitutunun əməkdaşı, vəkil Elçin Sadıqov məşğul olur.

 

Previous Post

ŞƏRQ TƏRƏFDAŞLIQ ÖLKƏLƏRİNİN SAMMİTİ

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.