HİLAL MƏMMƏDOVLA BAĞLI İSTİNTAQ YEKUNLAŞIB

“Tolişi Sədo” qəzetinin təsisçisi və baş redaktoru Hilal Məmmədovun barəsində olan cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə məlumat verən baş redaktorun vəkili X. Bağırov sabahdan etibarən H. Məmmədovun digər  vəkillərin cinayət işinin materialları ilə tanış olacağını deyib.

Xatırladaq ki, "Talişi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov bu il iyunun 21-də saxlanılıb. Onun haqqında Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəsi ilə cinayət işi açılıb. İyunun 22-də Nizami rayon məhkəməsi onun barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçib. İyulun 3-də isə Hilal Məmmədova CM-nin 274-cü (dövlətə xəyanət) və  283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması)  maddələri ilə əalvə ittiham irəli sürülüb.
Bu maddə ilə Hilal Məmmədovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

Previous Post

DQMM SEÇKİ MEMORANDUMU İLƏ BAĞLI İCTİMAİ MÜZAKİRƏ KEÇİRDİ

Next Post

“AZADLIQ” QƏZETİNİN BANK HESABINA QOYULAN HƏBS GÖTÜRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.