“AZADLIQ” QƏZETİNİN BANK HESABINA QOYULAN HƏBS GÖTÜRÜLÜB

“Azadlıq” qəzetinin bank hesabına qoyulan həbs götürülüb. Bu barədə noyabrın 28-də “Media forum” xəbər saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, qəzetin redaktoru Sücəddin Şərifov   “ZQAN holdinq”in İdarə Heyətinin sədri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun nümayəndəsinin  Yasamal Rayon Məhkəməsinə “Azadlıq” qəzetinə qarşı maddi təzminat iddiasından imtina etmələri haqda müraciət göndərdiyini bildirib: “Məhkəmə isə “Azadlıq” qəzetinin bank hesabı yerləşən Beynəlxalq Bankın Sahil filalına məktub yollayıb və hesaba qoyulan həbs götürülüb və  qəzetin bank hesabından pul tutulmayıb”.

Xatırladaq ki, Anar Məmmədov “Azadlıq” qəzetinin  01 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər”,   “Yeni Müsavat” qəzetinin isə 02 iyul 2010-cu il tarixli sayında əlavələrlə eyni məqalənin çapı və “Yeni Müsavat”  qəzetinin 14 sentyabr tarixli sayında “Şeyx Anar Məmmədovu Dubaydan qovdu” başlıqlı məqalələrində özünün şərəf və ləyaqətinə toxunulduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək,  məhkəməyə müraciət edib və təzminat olaraq hər qəzetdən 250 000 (min) manat məbləğində pul tələb edirdi. Yanvarın 23-də Yasamal rayon Məhkəməsi  iddianın qismən təmin edildiyini, iddiaya səbəb olmuş məqalələrə görə cavabdehlərin üzr istəməklə təkzib verməsini və onların müştərək olaraq 4 min manat təzminat ödəmələri ilə bağlı qərar çıxartdı. 5 noyabr 2012-ci il tarixində isə qəzetin bank hesabına həbs qoyulmuşdu.

Previous Post

HİLAL MƏMMƏDOVLA BAĞLI İSTİNTAQ YEKUNLAŞIB

Next Post

ELEKTRON HÖKUMƏTİ NECƏ EFFEKTİV ETMƏLİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.