2 APREL MİTİNQİNDƏ JURNALİSTLƏRƏ TƏZYİQLƏ BAĞLI ARAŞDIRMALARA BAŞLANILIB

   Bu gün (14 aprel)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Rasim Əliyev Daxili İşlər Nazirliyinə (DİN) dəvət edilib. Dəvət R.Əliyevin aprelin 2-də İctimai Palata tərəfindən təşkil edilən mitinq zamanı çəkiliş apararkən təzyiqə məruz qalması ilə bağlı olub.

DİN-in  Daxili Təhqiqat İdarəsinin rəisi Möhübbət Hüseynov R.Əliyevlə söhbət edib, hadisənin təfərrüatlarını soruşub. Bundan əlavə, bu İdarənin əməkdaşı Əbdül Aşurov RATİ əməkdaşından hadisə ilə bağlı izahat alıb.

            Bir saatdan artıq davam edən görüşə RATİ-nin hüquqşünası Rəsul Cəfərov qatılmaq istəsə də, ona bu imkanı yaratmayıblar.

            Qeyd edək ki, RATİ-nin əməkdaşı Rasim Əliyev aprelin 2-də şəhərin müxtəlif yerlərində çəkiliş apararkən, PRESS yazısı olan gödəkcədə olmasına baxmayaraq, polis əməkdaşlarının təzyiqinə və kobudluğuna məruz qalıb.     

 

Previous Post

NARKOTİK İTTİHAMI İLƏ HƏBS EDİLƏN GƏNC FƏAL UNİVERSİTETDƏN DƏ QOVULDU

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.