NARKOTİK İTTİHAMI İLƏ HƏBS EDİLƏN GƏNC FƏAL UNİVERSİTETDƏN DƏ QOVULDU

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı təhsil aldığı Sumqayıt Dövlət Universitetindən (SDU) xaric edilib. Bu barədə bu gün (14 aprel)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Sumqayıt Dövlət Universitetinin  Tarix fakültəsinin dekan müavini Həmid Alıyev məlumat verib.

Dekan müavini bildirdi ki, Cabbar Savalanlının xaric edilməsinin səbəbi onun  fevral ayının əvvəlindən dərslərdə iştirak etməməsidir və tələbə  bu səbəbdən universitetdən xaric edilib. H. Alıyev həmçinin onu da bildirdi ki, Cabbar Savalanlı təhsil aldığı müddətdə nümunəvi bir tələbə kimi tanınıb və onunla bağlı hər hansı bir problem yaşanmayıb. RATİ əməkdaşının “Cabbar Savalanlının universitetdən xaric edilməsinin onun siyasi fəaliyyəti ilə hər hansı bir əlaqəsi varmı?” sualına dekan müavini “mən bu sula cavab verə bilmərəm” –  deyə cavab verdi.

Xatırladaq ki,  Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

Previous Post

EYNULLA FƏTULLAYEVİN BAŞ PROKURORA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ BAXIŞI TƏYİN EDİLİB

Next Post

2 APREL MİTİNQİNDƏ JURNALİSTLƏRƏ TƏZYİQLƏ BAĞLI ARAŞDIRMALARA BAŞLANILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.