AQİL XƏLİLİN DOSTLARINI ONA QARŞI QOYMAQ İSTƏYİRLƏR

“İstintaq orqanı martın 13-də “Azadlıq” qəzetinin bıçaqlanan əməkdaşı Aqil Xəlilin döyülməsi və bıçaqlanması  faktının üstünü açmaqdansa, müxtəlif vasitələrlə ona qarşı başladığı çirkin kampaniyaya hüquqi don geyindirməyə çalışır. İstintaq orqanı tərəfindən  jurnalistlə münasibəti olan şəxslərdən zorla ifadə almağa cəhd edilir”.

İstintaq orqanı tərəfindən  jurnalistlə münasibəti olan şəxslərdən zorla ifadə almağa cəhd edilir”.Bunu RATİ-yə “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov bildirdi.
Onun sözlərinə görə,  jurnalistin münasibətdə olduğu şəxslərdən onun barəsində rüsvayedici ifadələr vermək tələb olunur. Hətta tələbə yoldaşları da istintaqa çağırılıb. Onlardan A. Xəlilin əleyhinə məlumat vermək tələb olunur:
“Əks təqdirdə istintaq sirrini yaydığınıza görə, sizi həbs edərik deyə insanları hədələyiblər”, – deyə qeyd edən A. Əhmədov A. Xəlilə qarşı olan bu təxribatı istintaq orqanının yox,  xüsusi xidmət orqanlarının təxribatı hesab edir.

 

Previous Post

VALİDEYNLƏRİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜBLƏR

Next Post

YAŞAR AĞAZADƏNİN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ SABAH YEKUNLAŞIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.