YAŞAR AĞAZADƏNİN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ SABAH YEKUNLAŞIR

Bu gün Yasamal Rayon Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə "Müxalifət" qəzetinin əməkdaşı Yaşar Ağazadənin BDU-nun rektoru Abel Məhərrəmovun vəzifəli şəxsin qanunsuz hərəkəti nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi barədə qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirildi.

Məhkəmədə şahid qismində BDU-nun rektorunun köməkçisi Məzahir Sultanov iştirak edirdi. Ağazadə Sultanova "sənədlərimin qəbul olunub-olunmamağı barədə rektora xəbər vermisinizmi" sualını verdi. Cavabdeh isə  "Xeyr. Çünki hansısa sənəd çatışmırdı", – deyə cavab verdi. Daha sonra Ağazadə şahiddən onun haqqında hansısa mətbuata məlumat verib-vermədiyini soruşdu: "qəzetdə məlumat var ki, siz öz müsahibənizdə bildirmisiniz ki, "Yaşar Ağazadə utanmaz-utanmaz təhqir etdiyi universitetdə təhsil almaq istəyir". M. Sultanov cavabında bildirdi ki, "bəli. Mən sizin haqqınızda telefonla danışarkən belə bir ifadə işlətmişəm. Ancaq konkret olaraq bunun hansısa KİV-in nümayəndəsi və ya adi bir insan olduğunu bilmirəm". Daha sonra tərəflər son çıxışlarını etdilər. Y. Ağazadə  Məzahir Sultanovun onun sənədlərimi qəbul etməməsinin qanun pozuntusu olduğu fikrində qaldığını bildirdi.

Cavabdehin vəkili Tofiq Sadıqov isə iddianın rədd edilməsi barədə qərar çıxarmağı məhkəmədən xahiş etdi.
İş üzrə qərar sabah saat 09. 30-da keçiriləcək məhkəmə prosesində oxunacaq.

Previous Post

AQİL XƏLİLİN DOSTLARINI ONA QARŞI QOYMAQ İSTƏYİRLƏR

Next Post

YENİ AZƏRBAYCAN PARTİYASI MİRZƏ SAKİTLƏ BAĞLI MƏTBUAT ŞURASINA ŞİKAYƏT GÖNDƏRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.