ARAŞDIRMA JURNALİSTIKASI İLƏ BAĞLI YENİ LAYİHƏ TƏQDİM EDİLİB

Mayın 6-də  Azərbaycan Media Mərkəzində  Araşdırma jurnalistikası ilə bağlı yeni  layihəsinin  təqdimatı keçirilib.

Layihə barədə məlumat verən Media Mərkəzinin  layihələr üzrə koordinatoru  Seymur Kazımov bildirib ki, layihəni ABŞ səfirliyinin Demokratiya Komissiyasi Kiçik Qrantlar Proqramı maliyyələşdirib. Azərbaycan Media Mərkəzi layihəni Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və “Yeni Nəsil” Jurnalistlər Birliyi ilə birgə həyata keçirəcək.
            Onun sözlərinə görə, Azərbaycanda 10 aylıq jurnalist araşdırması və ictimai müzakirələrlə bağlı yeni layihədə jurnalistlər istənilən mövzuya müraciət edə biləcək. Lakin mövzu aktual olmalıdır.
Bununla belə hər bir araşdırma yazı  üçün  jurnalistə 1 ay  vaxt veriləcək.
Layihə üzrə araşdırma sahəsi üzrə iştirak edən  hər bir jurnalistə 700 dollar ayrılacaq.
Bu  vəsait əvəlcə iki istiqamət üzrə ,1-ci olaraq 400-dollar araşdırmaya, 2-ci istiqamət üzrə 300 dollar qonarar  şəklində sonra veriləcək.
S.Kazımov bildirb ki, həyata keçirəcəkləri layihədə  5 çap mediasına, 3 yer online tv, 2 yer bloggerlərə  ayrılacaq .
Yeni Nəsil Jurnalistlər Birliyinin nümayəndəsi Nailə Əliyeva isə bildirib ki, layihə çərçivəsində treyninqlər, təlimlər keçiriləcək. Əsas məqsəd bu layihənin  araşdırma jurnalistikasına təkan verməkdir.
Öz növbəsində Layihə təqdimatında ABŞ səfirliyinin mətbuat katibi Kis Bin də iştirak edərək, layihəni dəstəklədiyini bildirib. Onun sözlərinə görə, bu layihə azad jurnalistika üçün vacib rol oynayır. O, bu kimi layihələrin  azad jurnalistika, demokratiyanın  qurulmasında təməl rol oynadığını deyib.

 

 

Previous Post

TƏHSİL NAZİRLİYİ QARŞISINDA POLSİLƏ DİNDARLAR ARASINDA TOQQUŞMA OLUB

Next Post

“BİZİM YOL” QƏZETİNİN ƏMƏKDAŞININ APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.