“BİZİM YOL” QƏZETİNİN ƏMƏKDAŞININ APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Mayın 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimovun Nəsimi rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti təmin edilməyib.

Prosesdən sonra  Ramid İbrahimov RATİ-yə bildirdi ki, məhkəmə prosesində  özü və Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin baş təhqiqatçısı, polis kapitanı Yaşar İsayev iştirak edib. Jurnalistin sözlərinə görə, hakimin müşavirəyə getməsi 2-3 dəqiqə çəkməyib və qərarı qısa müddətə  elan edilib.

Qeyd edək ki, məhkəmənin nəzarət buraxılış məntəqəsindən prosesi yaxından müşahidə etmək istəyən media nümayəndələrinə naməlum səbəbdən  içəri daxil olmağa icazə verilməyib və həmçinin bunun səbəbi də izah edilməyib.

Xatırladaq ki, “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov 26 noyabr 2010-cu ildə “Qış parkı”  layihəsi əsasında  Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi 73 ünvanında evlərin  sökülməsi ilə  əlaqədar foto  çəkiliş apararkən,  Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşı  tərəfindən fiziki təzyiqə məruz qalıb.

 

Previous Post

ARAŞDIRMA JURNALİSTIKASI İLƏ BAĞLI YENİ LAYİHƏ TƏQDİM EDİLİB

Next Post

VİDADİ İSGƏNDƏROVUN MƏHKƏMƏSİ MAYIN 10-DA DAVAM EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.