DƏVƏTNAMƏ

Xanımlar və cənablar,
 
Sizi 2010-cu il parlament seçkiləri kampaniyası dövründə milli televiziya və radio kanallarının tərəfimizdən aparılmış monitorinqinin nəticələrinə həsr olunmuş təqdimat mərasiminə dəvət etməkdən şərəf duyuruq. Tərəfimizdən keçirilən bu tədbir 28 oktyabr, 2010-cu il tarixdə, saat 11:00-da Ləndmark Rotunda binasının Qaya Zalında (-1 mərtəbə) baş tutacaqdır.

 Tərəfimizdən keçiriləcək təqdimatda seçkilərin televiziya və radio verilişlərində  işıqlandırılması və həmçinin namizədlərin pullu və pulsuz efir vasitəsilə təbliğat-təşviqat kampaniyası məsələlərinin müfəssəl təhlili yer alacaqdır. Tədbirdə televiziya kanallarının, digər media qurumlarının, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin iştirakı gözlənilir.
 Monitorinq layihəsi ATƏT-in Bakı Ofisinin dəstəyi ilə həyata keçirilir.
Adı çəkilən tədbirlə bağlı hər hansı bir sualınız olarsa, aşağıdakı  nömrə ilə əlaqə saxlaya bilərsiniz.
                                                                                                                                                (077) 398-48-38 

                                                                                                                                                                             Hörmətlə,

                                                                                                                                                                         Emin Hüseynov
 

Previous Post

RATİ-NİN EYNULLA FƏTULLAYEVİN DƏRHAL HƏBSDƏN AZAD EDİLMƏSİ İLƏ BAĞLI BƏYANATI

Next Post

HƏFTƏ ƏRZİNDƏ ÇƏTİN SUALLARIMIZI CAVABLANDIRANLAR 18-23 OKTYABR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.