RATİ-nin sədr əvəzi Günay İsmayılova sərhəddən buraxılmayıb

Sentybarın 2-də RATİ-nin sədr əvəzi Günay İsmayılovanın ölkədən çıxışına icazə verilməyib.  Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Günay İsmayılova məlumat verib.

G. İsmayılova bildirib ki, Heydər Əliyev adına hava limanından  Tiflisdə 3-4 sentyabr tarixlərində keçiriləcək olacaq ATƏT-in regional seminarında iştirak etmək üçün getmək istəsə də, sərhəd məntəqəsində onu saxlayıblar və ölkədən çıxmasına icazə verilmədiyini bildiriblər.

“Qadağanın əsaslı olduğunu göstərən hər hansı sənəd təqdim edilmədi və bildirdilər ki, qadağa Baş Prokurorluq tərəfindən qoyulub və onlar sadəcə icraçıdırlar. Mən QHT-lərə qarşı açılmış cinayət işi üzrə iki dəfə şahid qismində dindirilmişəm istintaqı maraqlandıran suallara cavab vermişəm və eyni zamanda 2 günlük ölkədə olmayacağım barədə Baş Prokurorluğun Ağır Cinayətlər Üzrə İstintaq İdarəsinə məlumat vermişəm və mənə bildiriblər ki, hər hansı rəsmi qadağa yoxdu və ölkədən çıxa bilərəm. Ancaq qeyri-rəsmi qadağa qoyulduğu üçün mən ölkəni tərk edə bilmədim”, deyə İsmayılova qeyd edib.

İsmayılova onu da əlavə edib ki, yerli qanunvericilik şahidə bu cür qadağanın qoyulmasını nəzərdə tutmadığı üçün pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət edəcək.

Qeyd edək ki, avqustun 31-də RATİ-nin keçmiş əməkdaşı Əbülfət Namazovun da ölkədən çıxmasına imkan verilməyib.

Xatırladaq ki, avqustun 8-də RATİ-nin ofisində axtarış aparılıb, daha sonra ofis möhürlənib, təşkilatın rəhbəri Emin Hüseynovdan isə o vaxtdn etibarən əlaqə yoxdu.

Previous Post

Hüquq müdafiəçisi ev dustaqlığına buraxılmadı

Next Post

Demokratiya Naminə İncəsənət və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən ictimai xadim, bəstəkar və Okean Elzi rok qrupunun solisti Svatoslav Vakarçuka birgə məktub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.