Hüquq müdafiəçisi ev dustaqlığına buraxılmadı

rasul

Avqustun 28-də  Bakı Apellyasiya Məhkəməsində  hüquq müdafiəçisi Rəsul Cəfərovun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsindən imtina ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Məhkəmədən sonra Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən vəkil Fariz Namazlı qeyd edib ki, şikayətdə hüquq müdafiəçisinin istintaqdan gizlənmək və ya istintaq təsir etmək niyyəti yoxdur, çünki Cəfərov həbs ediləcəyini bildiyi halda ölkəyə qayıdıb. 

“Rəsul Cəfərov istintaqa istədikləri sənədləri könüllü şəkildə təqdim edib, çağırışlara gələrək istintaq üçün maraq kəsb edən suallara cavab verib. Bütün bunları qeyd etsək də məhkəmə şikayətimizi təmin etmədi və Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirini qüvvədə saxladı” , deyə vəkil əlavə edib.

Xatırladaq ki, Rəsul Cəfərov avqustun 2-də həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213(vergidən yayınma) və 308(vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ittiham irəli sürülüb. Cəfərov barəsində  həbs qətimkan tədbiri seçilib

Cəfərov avqustun 2-də həbs edilib. Prokurorluq onu CM-in 3 maddəsi üzrə (192, 213 və 308) – vergilərdən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edib.

Qpeyd edək ki, Amnesty İnternational Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.

Previous Post

Azərbaycanda şiddətli repressiyanın baş verdiyi bir vaxtda Avropa Şurası susur

Next Post

RATİ-nin sədr əvəzi Günay İsmayılova sərhəddən buraxılmayıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.