RATİ ELMAR HÜSEYNOVA ABİDƏNİN UCALDILMASI XAHİŞİ İLƏ TƏKRARƏN PREZİDENTƏ MÜRACİƏT EDİB

Bu gün (30 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynova

Bakı şəhəri, Mətbuat prospektində abidənin ucaldılması xahişi ilə təkrarən İlham Əliyevə müraciət ünvanlayıb. Buna səbəb Mədəniyyət və Turizm Nazirliyindən RATİ-yə daxil olan cavab məktubu səbəb olub.
“Bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq respublikada abidələrin ucaldılması dövlət səviyyəsində qəbul edilmiş fərman və sərəncamlar əsasında həyata keçirilir. Müvafiq fərman və ya sərəncam verildikdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına abidələrin ucaldılacağı məkan və onun icrasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilir”, – deyə cavab məktubunda bildirilir.
Qeyd edək ki, RATİ ötən ilin avqustunda abidənin ucaldılması xahişi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi və müraciətə verilən cavabda bildirilirdi ki, bu məsələ dövlət səviyyəsində qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Cavabı əsas tutaraq biz təşkilatımız adından iki dəfə, vətəndaş cəmiyyətinin nümayəndələrinin adından (onların imzaları ilə) isə bir dəfə prezidentə müraciət etdik. Sonuncu müraciətdən sonra Yasamal Rayon İcra Hakimiyyətindən RATİ ilə əlaqə saxlayaraq bildirdilər ki, prezidentə göndərdiyimiz müraciət onlar tərəfindən araşdırılır. Bir müddət sonra İcra Hakimiyyətindən daxil olan cavab məktubunda göstərilirdi ki, abidənin ucaldılması məsələsi onların səlahiyyətləri çərçivəsində deyil və bu məsələ ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmək lazımdır. Buna görə də RATİ adı çəkilən nazirliyə müraciət etmişdi.
Bu gün ünvanlanan müraciətdə prezidentə məsələ ilə əlaqədar bundan əvvəl göndərilən müraciətlərin təmin edilməsi və bununla da Elmar Hüseynova Bakı şəhəri, Mətbuat prospektində abidənin ucaldılması üçün göstəriş verilməsi xahiş olunur.
Xatırladaq ki,  “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il mart ayının 2-də yaşadığı evin blokunda odlu silahla (tapança) qətlə yetirilib. Bu günə qədər nə onu qətlə yetirənlər, nə də bu qətli sifariş edənlər aşkarlanaraq cəzalandırılmayıb.       

Previous Post

Hərbi Parad

Next Post

QOHUMLARI MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.