RATİ ƏMƏKDAŞLARININ TƏZYİQƏ MƏRUZ QALMASI İLƏ BAĞLI DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ ŞİKAYƏT EDİLDİ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşlarının 8 oktyabrda polis işçiləri tərəfindən təzyiqə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) şikayət göndərilib.

Bu barədə RATİ-yə Media Hüquqları İnstitutunun vəkili Elçin Sadıqov məlumat verib. O bildirib ki, şikayətdə RATİ əməkdaşlarına təzyiq göstərən DİN əməkdaşlarının şəxsiyyətinin müəyyən edilməsi, həmçinin onların barəsində 163.2 (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə)və 180.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama)maddələri ilə cinayət işinin başlanması istənilir.
Xatırladaq ki, oktyabrın 8-də  “Milli yol” qəzetinin və Poliqon İnformasiya Agentliyinin (PİA.AZ) baş redaktoru Şahin Ağabəylinin və müavini Radil Məmmədovun Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həbsi ilə əlaqədar keçirilən əməliyyat zamanı  hadisə yerində çəkiliş aparan RATİ əməkdaşları İdrak Abbasov, Qəmbər Qəmbərov və Elnur Məmmədov təzyiqə məruz qalmışdır. Onların video və foto kameraları əllərindən alınmış, həmçinin Elnur Məmmədov saxlanılaraq Şahin Ağabəyli ilə eyni maşında aparılmış, lakin sonradan yolda  sərbəst buraxılmışdır.

Previous Post

SƏRHƏDSİZ REPORTYORLAR MÜŞFİQ HÜSEYNOVUN VƏZİYYƏTİNDƏN NARAHATDIR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.