SƏRHƏDSİZ REPORTYORLAR MÜŞFİQ HÜSEYNOVUN VƏZİYYƏTİNDƏN NARAHATDIR

“Sərhədsiz reportyorlar” mətbuat azadlığını beynəlxalq müdafiə təşkilatı Bakıdakı bir sıra xarici səfirliklərə həbsdəki jurnalist Müşfiq Hüseynovun vəziyyəti ilə əlaqədar məktub göndərib. Məktubda son həftələr vərəm xəstəsi olan M. Hüseynovun səhhətinin kəskin pisləşdiyi, onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldüyünü, lakin müalicənin kömək etmədiyi bildirilir.

Hakimiyyətin M. Hüseynovun lazımi müalicəsinin aparılması barədə iddiaları etibar doğurmur. Təşkilat diplomatik missiyalardan məhbus jurnalistə yardım etmək üçün zəruri tədbirləri görməyi və bu məsələni hakimiyyət qarşısında qaldırmağı xahiş edir. “Turan”a daxil olan məktubda deyilir ki, Azərbaycan qanunvericiliyi səhhətin pisləşməsi ilə əlaqədar məhbusların azad edilməsinə yol verir.
Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb. Vərəm xəstəliyindən əziyyət çəkən M.Hüseynov səhhəti kəskin pisləşdiyi üçün 1 ay yarım əvvəl – oktyabrın 14-də cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb.
Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

“Demokratiya…” ifadəsini tamamlayan qısa video film müsabiqəsi ilə bağlı mətbuat konfransı

Next Post

RATİ ƏMƏKDAŞLARININ TƏZYİQƏ MƏRUZ QALMASI İLƏ BAĞLI DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ ŞİKAYƏT EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.