Bu gün (28 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan və ölkədə keçiriləcək prezident seçkiləri barədə sabaha təyin olunmuş dinləmələrlə əlaqədar ABŞ Helsinki Komissiyasına müraciət edib.
RATİ müraciətdə qeyd edir ki, ölkədə insan haqları üzrə vəziyyət və ictimai-siyasi durum zəifdir və Azərbaycanı demokratikləşmə yoluna qaytarmaq üçün təcili addımlar atmaq lazımdır. RATİ komissiyanın diqqətinə çatdırır ki, əsas problemlərdən bir neçəsinə görə, xüsusilə yayım mediası inhisarda saxlanıldığına, jurnalistlər qanunsuz həbs edildiyinə, prezident KİV haqqında yanlış fərman verdiyinə, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı zor işlədildiyinə və ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə laqeydlik nümayiş etdirildiyinə görə Azərbaycan hökumətini bu məsələlərə diqqət ayırmağa məcbur etmək lazımdır.
Sonda RATİ Helsinki Komissiyasını və ABŞ hökumətini Azərbaycan hakimiyyətini beynəlxalq ictimaiyyət qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə və İnsan Haqları üzrə Avropa Konvensiyası və İnsan Haqları üzrə Ümumdünya Bəyannaməsində nəzərdə tutulan insan hüquqlarının bütün vətəndaşlar üçün təmin etməsinə vadar etmək üçün təcili və daha qəti addımlar atmağa səsləyir. RATİ xahiş edir ki, komissiya Azərbaycanda qeyri-qanuni həbs edilmiş 4 jurnalistin (Sakit Zahidov, Eynulla Fətullayev, Müşfiq Hüseynov və Qənimət Zahidov) dərhal azad edilməsini, KİV haqqında qanunla bağlı prezident İlham Əliyevin fərmanının ləğv edilməsini, AZTV ilə bağlı tenderin nəticələrinin etibarsız hesab edilməsini, AzTV-nin ikinci ictimai televiziyaya çevrilməsini və RATİ-nin sədri Emin Hüseynov, “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil də daxil olmaqla, xeyli sayda digər jurnalistlərə, hüquq müdafiəçilərinə və Azərbaycan vətəndaşlarına qarşı edilən hücumların arxasında duran hüquq-mühafizə orqanları məmurlarının istintaqa cəlb edilməsini tələb etsin.