MÜŞFİQ HÜSEYNOV HƏBSXANADA BİR QRUP MƏHBUSA İNGİLİS DİLİ ÖYRƏDİR

Ötən həftənin şənbə günü (26 iyul) qohumu Cavidan Hüseynov həbsdə olan jurnalist, “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovla görüşüb.

Bu haqda RATİ-yə məlumat verən C. Hüseynovun sözlərinə görə, jurnalistin ürəyində ağrılar var və buna görə də müalicəsi hələ davam edir.
     “Müşfiq həbsxana rəisinin icazəsi ilə bir qrup məhbusa ingilis dili öyrədir. Saxlanma şəraitindən və ona olan münasibətdən heç bir narazılığı yoxdur”, – deyə Hüseynov əlavə edib.
    Xatırladaq ki, Müşfiq Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə ittiham edilərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Camal Ramazanovun 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin 04 aprel 2008-ci ildə çıxardığı qərara əsasən jurnalistin həbs müddəti bir il azaldılaraq, beş ilə endirilib. Sabah (29 iyul) Ali Məhkəmədə jurnalist barədə çıxarılmış qərardan verilən kassasiya şikayətinə baxılacaq.

Previous Post

KEÇMİŞ KÖŞƏ YAZILARINI DƏRC ETDİYİNƏ GÖRƏ QƏZET MİLLƏT VƏKİLİNİN HƏYAT YOLDAŞI TƏRƏFİNDƏN HƏDƏLƏNİB

Next Post

RATİ AZƏRBAYCANLA BAĞLI DİNLƏMƏLƏR ƏRƏFƏSİNDƏ ABŞ HELSİNKİ KOMİSSİYASINA MÜRACİƏT EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.