RATİ 2 APREL MİTİNQİ ZAMANI JURNALİSTLƏRƏ OLAN MÜNASİBƏTLƏ BAĞLI TƏQSİRİ OLAN ŞƏXSLƏRİN CƏZALANDIRIL

       Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün (05 aprel) Daxili İşlər Naziri Ramil Usubova, Baş Prokuror Zakir Qaralova  və Ombudsman Elmira Süleymanovaya müraciət edib. Müraciətlərdə aprelin 2-də İctimai Palata tərəfindən keçirilən mitinq zamanı jurnalistlərə qarşı kobud və qanunazidd hərəkətlərə yol verən polis əməkdaşlarının cəzalandırılması istənilir.

RATİ-nin əməkdaşı Rasim Əliyevin 2 ayrıca polis əməkdaşı tərəfindən təzyiqə məruz qalmasını əks etdirən video görünütlər də müraciətlərə əlavə edilib.
Müraciətlərdə qaldırılan digər məsələ Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevin göstərişi ilə jurnalistlərin hadisə ərazisindən uzaqlaşdırılması və Y. Əliyevin bəzi jurnalistləri hədələməsi ilə bağlıdır. Bu məsələ ilə əlaqədar olaraq da video görüntülər müvafiq qurumlara göndərilib.
Video görüntülərə bu linkə keçməklə baxa bilərsiniz:
 http://www.youtube.com/watch?v=xKHc3C5DmBM
Previous Post

ƏRƏB İNQİLABLARI MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

“AZADLIQ” QƏZETİNİN DAHA BİR ƏMƏKDAŞINA HÜCUM EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.