“AZADLIQ” QƏZETİNİN DAHA BİR ƏMƏKDAŞINA HÜCUM EDİLİB

leftAprelin 4-də “Azadlıq” qəzetinin müxbiri Ramin Deko  saat 21:10 radələrində redaksiyadan evə gedərkən Milli Elmlər Akademiyasının yanında tanımadığı iki nəfərin fiziki  hücumuna məruz qalıb. Bu barədə bu gün (5 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ramin Deko məlumat verib.

 R. Deko bildirdi ki, hücum nəticəsində müxtəlif  dərəcəli bədən xəsarətləri alsa da həmin şəxslərdən qurtula bilib:

“Həmin şəxslər mənə bir daha aksiyalarda iştirak etməməyi və “ağıllı” olmağı məsləhət gördüklərini dedilər. Bundan sonra mənə müxtəlif zərbələr endirdilər” deyə jurnalist bildirdi.

R. Deko həmçinin qeyd etdi ki, aprelin 3-də mülki geyimli naməlum şəxslər onu  avtomobilə oturdaraq,  şəhər  kənarına aparıblar və telefonunu əlindən alaraq, “Azadlıq” qəzetində deyil, “Yeni Azərbaycan”, “Xalq qəzeti” kimi qəzetlərdə işləməyin daha məqbul olacağını başa salmağa çalışıblar.

Qeyd edək ki, bir neçə gün əvvəl “Azadlıq” qəzetinin siyasi şərhçisi Seymur Həziyev də naməlum şəxslər tərəfindən oğurlanılaraq işgəncələrə məruz qoyulmuşdu.

 

Previous Post

RATİ 2 APREL MİTİNQİ ZAMANI JURNALİSTLƏRƏ OLAN MÜNASİBƏTLƏ BAĞLI TƏQSİRİ OLAN ŞƏXSLƏRİN CƏZALANDIRIL

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.