RATİ AZƏRBAYCAN HÖKUMƏTİNİ MƏTBUATA QARŞI TƏZYİQLƏRƏ SON QOYMAĞA ÇAĞIRIR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azadlıq” qəzetinin Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun iddiası ilə Yasamal rayon Məhkəməsinin qərarı ilə 30 min manat məbləğində cərimələnməsini pisləyir və bu addımı tənqidçi medianın susdurulması üçün hakimiyyətin növbəti  addımı kimi qiymətləndirir.
 

Qeyd edək ki, “Azadlıq” qəzetinin 8 aprel 2012-ci tarixli buraxılışında “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” başlıqlı yazıda metropolitendə qiymətlər 20 qəpik olandan sonra, əvvəlcədən yüklənilmiş gedişlərdəki əlavə 5 qəpiklərdən istifadə edilməsinin mümkün olmadığı göstərilib. Tağı Əhmədov isə həmin məqalədə ona böhtan atıldığını, şərəf və ləyaqətinin alçaldığını hesab etdiyindən qəzetə qarşı iddia qaldıraraq təkzib verilməsi və 200 min manat təzminat ödənilməsi ilə bağlı qərar çıxarılmasını istəmişdi. Məhkəmə “Azadlıq” qəzetinin təkzib verməsi və qəzetin Tağı Əhmədova 30 min manat təzminat ödəməsi ilə bağlı qərar qəbul edib.
 
            RATİ qeyd edir ki, qəzetlərə qarşı bu cür əsassız və şişirdilmiş rəqəmlərlə cərimə qərarlarının qəbul edilməsi yalnız müstəqil mətbuatın məhv edilərək sıradan çıxarılmasına hesablanıb. Hakimiyyət və hakimiyyətə loyallığı ilə tanınan məmurlar istənilən an “Xural” qəzetinin praktikasına əl ataraq  (http://www.irfs.az/content/view/7596/28/lang,eng/tərcüməçi üçün hiperlink) cərimələrin dərhal icraata yönəldilməsini təmin edə bilər və bu yolla müvafiq qəzetin avadanlıqları müsadirə olunmaqla qəzetin fiziki mövcudluğunun sonu deməkdir.
            RATİ hesab edir ki, dövlət qurumlarının rəhbərlərinin şərəf və ləyaqəti məhkəmə predmeti ola bilməz. Onlar rəhbəri olduqları qurumlarının yerinə yetirdiyi işlərə görə tənqid və yaxud da yanlış tənqid olunarsa buna dözümlü yanaşmalıdır. Xüsusilə nəzərə alsaq ki, bu bazarda monopoliyaya sahib olan kommersiya qurumudur və buna görə də həmin məqalədə Tağı Əhmədovun 5 qəpikləri mənimsəməsi barədə məlumat verilib.
            RATİ bəyan edir ki, Tağı Əhmədov məhkəmə zamanı sübuta yetiribsə ki qəzetdə gedən məlumat doğru deyil, onda qəzetin təkzib verməsini və üzr istənilməsini və yaxud bu məqalə nəticəsində ona dəymiş maddi ziyanının ödənilməsini tələb edə bilərdi.
           
Bu səbəbdən də RATİ Azərbaycan hökumətini və bu məmurları tənqidi mediaya dözümlü olmağa,  qəzetləri məhkəməyə verməklə fəaliyyətlərini məhdudlaşdırma niyyətindən əl çəkməyə və ifadə azadlığına təzyiq etməməyə çağırır. Ancaq kommersiya qurumunun mənəvi ziyana görə belə böyük bir məbləğin ödənilməsini tələb etməsi
 
RATİ həmçinin Beynəlxalq təşkilatları Azərbaycanı  ifadə azadlığına edilən  təzyiqlərə görə qınamağa və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb etməyə çağırır.
 
Previous Post

BEYNƏLXALQ TƏŞKİLATLAR MEHMAN HÜSEYNOVA CİNAYƏT İŞİNİN AÇILMASINDAN NARAHATDIRLAR

Next Post

“BİR QAB SU” AKSİYASI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.