BEYNƏLXALQ TƏŞKİLATLAR MEHMAN HÜSEYNOVA CİNAYƏT İŞİNİN AÇILMASINDAN NARAHATDIRLAR

“Eurovision” mahnı müsabiqəsindən sonra Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyəti fəallarına və mətbuata qarşı repressiyaları artıracağı barədə müşahidəçilərin proqnozları təsdiqlənir.

Lakin beynəlxalq birlik bunu sakit müşahidə etməyəcək və rəsmi Bakıdan bu hücumlara son qoyulmasını tələb edir”, – fotoreportyor Mehman Hüseynov, Anar Bayramlı və digər fəalların həbsinə reaksiyanı davam etdirən beynəlxalq hüquq müdafiə təşkilatlarının bəyanatında deyilir(“Turan”).
    Feedom House təşkilatının bəyanatında bu həbslərlə və təzyiqlərlə bağlı dərin narahatlıq ifadə olunur. “Azərbaycan  hakimiyyəti beynəlxalq birlik qarşısında götürdüyü öhdəliklərə, ölkə qanunvericiliyinə  əməl etməli, söz  və ifadə azadlığına hörmətlə yanaşmalıdır”, – deyə  təşkilatın nümayəndəsi Syuzan  Kork bildirib.
    Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi hakimiyyəti Mehman Hüseynova qarşı cinayət işini dayandırmağa çağırıb, onun həbsini insan hüquqlarının və  mətbuat azadlığının boğulması kimi qiymətləndirib.
    Komitə qeyd edib ki, “Eurovision” mahnı müsabiqəsindən sonra hakimiyyət “Demokratiya naminə oxu!” layihəsində iştirak edənlərin, vətəndaşların hüquq və azadlıqlarının pozulmasını ifşa edənlərin, “Eurovision”u boykota çağıranların ovuna çıxıb.
   Belə ki,   Prezident Administrasiyasının  baş ideoloqu Əli Həsənovun  özgəfikirlilərlə haqq-hesabın çəkilməsinə dair çağırışından sonra vətəndaş cəmiyyəti fəallarına qarşı hücum daha geniş vüsət alıb.
    Human Rights Watch  təşkilatı isə öz bəyanatında qeyd edir ki, M.Hüseynovun təqib olunması “Demokratiya naminə oxu!” kampaniyasına və “Eurovision”un təndiq edilməsinə, həmçinin müxalifətçilərə qarşı polis zorakılığı haqqında fotomaterialların  KİV-də dərc olunmasına hakimiyyətin cavabıdır.
    M.Hüseynovun və digərlərinin barəsində cinayət işi, onların təqib olunması digər müxalifətçilərə və fəallara mesajdır.
    Təşkilat beynəlxalq tərəfdaşları, xüsusilə Avropa Yayım Birliyini Azərbaycan hakimiyyətindən bu biabırçı praktikaya, müxalifətçilərə qarşı gələcək təqiblərə son qoymağı tələb etməyə çağırır.
Previous Post

RATİ İNFORMASİYA AZADLIĞINI MƏHDUDLAŞDIRAN QANUN DƏYİŞİKLİKLƏRİNİ PİSLƏYİR

Next Post

RATİ AZƏRBAYCAN HÖKUMƏTİNİ MƏTBUATA QARŞI TƏZYİQLƏRƏ SON QOYMAĞA ÇAĞIRIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.