RATİ HƏBSDƏ OLAN JURNALİSTLƏRƏ YARDIM MƏQSƏDİ İLƏ MARAFON KEÇİRİR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) qarşıdan gələn Novruz bayramı ilə əlaqədar həbsdə olan jurnalistləri ailələrinə maddi yardım göstərmək məqsədi ilə marafon keçirdir.

Bu barədə RATİ-nin mətbuat mərkəzində keçirilmiş mətbuat konfransında məlumat verilib. Tədbirdə bildirilib ki, mart ayının 20-dək davam edən marafonda yığılmış məbləğ həbsdə olan 6 jurnalistin –  “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, qəzetin əməkdaşı Mirzə Sakit, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynov, “İdeal” qəzetinin baş redaktoru Əli Həsənov və "Tolışi sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ailələri arasında bölünəcək.
Mətbuat konfransında o da qeyd olundu ki, marafonun keçirməyə məqsəd nəinki jurnalistlərə maddi yardım etməkdir, eyni zamanda jurnalist və vətəndaş həmrəyliyinin nə dərəcədə olduğunu müəyyən etməkdir.
Marafonda iştirak etmək istəyən hər bir şəxs RATİ-nin (012) 418-03-34 nömrəli telefonuna və irfs.az@gmail.com elektron ünvanına müraciət edə bilər.
 
Previous Post

JURNALİSTLƏRİ MÜDAFİƏ KOMİTƏSİ İDRAK ABBASOVA EDİLƏN TƏZYİQLƏRİ PİSLƏYİR

Next Post

MİRZƏ SAKİT “AZADLIQ” QƏZETİNDƏN NARAZIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.