Bu gün (05 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat Mərkəzində Avropa Komissiyasının “Azad Dalğalar” layihəsi çərçivəsində “Bələdiyyə seçkiləri dövründə telekanalların monitorinqi” layihəsinin təqdimatı keçirilib.
O qeyd etdi ki, bələdiyyə seçkiləri dövründə monitorinq həm 8 ümumrespublika telekanalı (AzTV, İctimai Televiziya, İdman-Azərbaycan, Lider, ANS, Space, Xəzər, ATV), həm də Naxçıvan Muxtar Respublikasında yayımlanan telekanallar (NTV, Kanal 35) üzrə aparılır.
Layihənin təlimçisi Rəsul Cəfərov bildirdi ki, layihə ilə bağlı monitorinq aparan şəxslər üçün Naxçıvanda xüsusi treninqlər keçirilib. Həm nəzəri, həm də praktiki baxımdan treninqlərin əhəmiyyətli olduğunu vurğulayan Cəfərov, monitorinq metodologiyası barəsində də məlumat verdi. Onun sözlərinə görə, monitorinq subyektlərinə seçkidə iştirak edən siyasi partiyaların rəhbər şəxsləri və nümayəndələri, eyni zamanda bitərəf mövqedən çıxış edən namizədlər daxil edilmişdir. Həmçinin bələdiyyə seçkiləri ilə bağlı ümumi informasiya xarakterli xəbərlərin də monitorinqi aparılır.
Marşal Fondunun “Black Sea Trust” nümayəndəliyinin məsləhətçisi Mehriban Rəhimli Fondun Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verib.
Foto: