XARİCİ İŞLƏR NAZİRLİYİ RATİ-NİN SORĞUSUNA CAVAB VERİB

Xarici İşlər Nazirliyi (XİN) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) informasiya sorğusuna cavab verib. RATİ 10 iyun 2009-cu il tarixli sorğuda Azərbaycan Respublikasının teleradio yayımı sahəsində imzaladığı beynəlxalq sənədlərlə bağlı məlumat verilməsini xahiş etmişdi.

XİN Mətbuat Xidmətinin rəhbəri vəzifəsini icra edən Elxan Poluxovun 4 noyabr tarixində imzaladığı cavab məktubunda Azərbaycan Respublikasının teleradio yayımı sahəsində imzaladığı beynəlxalq sənədlərin siyahısı da əlavə olunub.

Sözügedən siyahıda aşağıdakı müqavilələr yer alıb:

1.    Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Komitəsi və Türkiyə Respublikası Radio və Televiziya Komitəsi arasında əməkdaşlıq protokolu. Ankara, 2 noyabr 1992.
2.    Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında kinomatoqrafiya, radio verilişləri və televiziya sahəsində protokol. Pekin, 7 mart 1994.
3.    Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti ilə İran İslam Respublikası “Səda və Sima” Dövlət Televiziya və Radio Verilişləri İdarəsi arasında əməkdaşlıq haqqında saziş. Tehran, 2 iyul 1994.
4.    Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Rusiya Teleradio verilişləri təşkilatları proqramlarının  Azərbaycan Respublikası ərazisində yayılması qaydaları və şərtləri haqqında saziş. Bakı, 7 oktyabr 1995.
5.    Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Televiziya yayımları haqqında müqavilə (razılaşma notası). Bakı, 8 dekabr 1995.
6.    Xarici Televiziya və radio kanallarının Türk Telekom Kabeli Televiziya  Şəbəkəsindən yayımı haqqında saziş. Ankara, 22 may 2001.
7.    Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti və Ukraynanın Milli Teleşirkəti arasında əməkdaşlıq haqqında saziş. Kiyev, 3 iyun 2004.
8.    Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti ilə Gürcüstan Teleradio Verilişləri arasında əməkdaşlıq haqqında saziş. Tbilisi, 14 iyun 2004.
9.    “Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti və Rumıniya Televiziya Qurumu arasında əməkdaşlıq sazişi. Buxarest, 11 oktyabr 2004.

10.    Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti ilə İtaliya Respublikasının “RAİ” Radio – Televiziyası arasında əməkdaşlığa dair saziş. Roma, 24 fevral 2005.
11.    Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti və Çin Mərkəzi Televiziyası arasında əməkdaşlıq sazişi. Pekin, 17 mart 2005.
12.    “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və “Teleradio-Moldava” İctimai Şirkəti arasında əməkdaşlıq haqqında saziş. Kişinyov, 21 aprel 2005.
13.    Azərbaycan Televiziya və Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Bolqarıstan Milli Televiziyası arasında əməkdaşlıq haqqında saziş. Sofiya, 23 sentyabr 2005.
14.    “Azərbaycan Televiziya və Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və  Belarus Respublikası Milli Dövlət Teleradio Şirkəti arasında əməkdaşlıq sazişi. Minsk, 17 oktyabr 2006.
15.    “Azərbaycan Televiziya və Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və İordaniya Televiziya və Radio Şirkəti arasında əməkdaşlıq haqqında saziş. Əmman, 29 iyul 2007.
16.    “Azərbaycan Televiziya və Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və “Qazaxıstan” Respublika Teleradio Korporasiyası Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında saziş. Astana, 7 avqust 2007.
17.    “Azərbaycan Televiziya və Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Misir  Televiziya və Radio Birliyi arasında anlaşma memorandumu. Bakı, 29 dekabr 2007.
18.    “Azərbaycan Televiziya və Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Polşa Televiziyası arasında əməkdaşlıq sazişi. Varşava, 26 fevral 2008.

Previous Post

HAKİM SƏYYARƏ HEYDƏROVANIN VƏSATƏTİNİ TƏMİN EDİB

Next Post

RATİ “BƏLƏDİYYƏ SEÇKİLƏRİ DÖVRÜNDƏ TELEKANALLARIN MONİTORİNQİ” LAYİHƏSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.