RATİ MEHMAN HÜSEYNOV BARƏSİNDƏ SAXTA İTTİHAMA XİTAM VERİLMƏSİNİ TƏLƏB EDİR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) öz əməkdaşı və “Turan” İnformasiya Agentliyinin reportyoru, eyni zamanda multimedia jurnalisti Mehman Hüseynov barəsində  siyasi sifarişlə açılmış cinayət işinə xitam verilmədiyi üçün Azərbaycan hökumətini qınayır və hökumətin bu hərəkətini jurnalistləri qorxudaraq nəzarət altında saxlamaq  istəməsi kimi qiymətləndirir.

Belə ki, 13 iyun tarixində saat  təxminən 21:00 radələrində Səbail Rayon Polis İdarəsinin müstəntiqi Müslim Quliyev Mehman Hüseynova ittiham elan etmiş və onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin 221.2.2-ci maddəsi ilə dəyişdirildiyini bildirib. Mehman Hüseynov 3 saat Səbail Rayon Məhkəməsində qalıb və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçməsə də SPİ –nin müstəntiqi tərəfindən Mehman Hüseynov barəsində başqa yerə getməmək barədə iltizam tənbehi seçilib.
    RATİ Səbail Rayon Məhkəməsinin siyasi sifariş olduğu halda Mehman Hüseynov barəsində həbs qətimkan tədbirinin seçməməsini alqışlayır, lakin Hüseynov barəsində açılmış cinayət işinə xitam verilməməsindən də öz narahatlığını ifadə edir.
    RATİ hesab edir ki, hökumət bu cür həbslərdən qorxu metodu kimi istifadə edir və məqsədi də ifadə azadlığının məhdudlaşdırılmasıdır.
    RATİ bəyan edir ki, polis əməkdaşları öz peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlərə qarşı fiziki zor tətbiq edərək onların öz işlərini görməklərinə imkan vermirlər və hətta avadanlıqlarını da sındırırlar.
    RATİ bildirir ki, polislər tərəfindən jurnalistlərə qarşı edilən fiziki zor tətbiq edildiyini göstərən video görüntülər  Daxili İşlər Nazirliyinə təqdim ediləcək  və bu hərəkətləri edən şəxslərin cəzalandırılması tələb ediləcək.
    RATİ Azərbaycan hökumətini Mehman Hüseynov barədə açılmış cinayət işinə xitam verməyə və polisləri jurnalistlərə qarşı fiziki zor tətbiq etməkdən çəkindirməyə, eyni zamanda insan hüquqları, ən əsası isə ifadə azadlığının inkişafına naminə islahatlara başlamağa çağırır.

Previous Post

ƏVƏZ ZEYNALLI RAMİZ MEHDİYEVİN ZƏRƏRÇƏKMİŞ KİMİ TANINMASINI İSTƏDİ

Next Post

RATİ İNFORMASİYA AZADLIĞINI MƏHDUDLAŞDIRAN QANUN DƏYİŞİKLİKLƏRİNİ PİSLƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.