RATİ ƏMƏKDAŞI BİR NEÇƏ SAAT POLİS BÖLMƏSİNDƏ SAXLANILDI

Dünən saat 16.15 radələrində RATİ-nin əməkdaşı Rəsul Cəfərov 288 saylı avtobusda telefonunun oğurlandığını iddia edən qadının şikayəti əsasında polis tərəfindən saxlanılıb. R. Cəfərovun sözlərinə görə, avtobus 22-ci polis bölməsinə yaxınlaşarkən həmin qadın uca səslə telefonunun oğurlandığını bildirmiş, avtobusu saxlatdıraraq 22-ci polis bölməsindən növbətçi polislərini avtobusun yanına çağırmışdır.

Avtobusda telefonunun oğurlandığını iddia edən qadının yaxınlığında duran R.Cəfərov onun üstündə özünə məxsus olan telefonlardan başqa heç bir telefonun olmadığını və üzərində axtarışın aparılmasına razı olduğunu bildirmiş, axtarışın aparılmasına və oğurlanmış telefonun aşakarlanmamasına baxmayaraq RATİ əməkdaşı sərbəst buraxılmamışdır. İki saata yaxın 22-ci polis bölməsində saxlanılan R.Cəfərov sonradan araşdırma aparılması üçün Nəsimi Rayon 21-ci polis bölməsinə aparılmışdır. Bir saat bu bölmədə saxlanıldıqdan sonra hadisə haqqında vəkili Elçin Sadıqovun iştirakı ilə izahat verdikdən sonra o sərbəst buraxılmışdır.
 
Qeyd edək ki, 21-ci polis bölməsinə İşgəncələr Əleyhinə  Azərbaycan Komitəsinin də əməkdaşları gələrək  R. Cəfərovun saxlanma şəraiti və sairə ilə maraqlanıblar.
Previous Post

Emin Milli və Adnan Hacızadənin Apellyasiya mehkemesi 22.12.2009

Next Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ QARŞI HÜCUMLA BAĞLI HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN CƏNUBİ QAFQAZ ŞƏBƏKƏSİNIN MÜRACİƏTİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.