Dekabrın 15-də insan haqları üzrə fəallar İlqar Nəsibov və Vəfadar Eyvazov Naxçıvan Dövlət Universitetinin bir qrup tələbə və müəllimi tərəfindən ciddi şəkildə döyülmüşdür.
Hücumun nəticəsində İlqar Nəsibov və Vəfadar Eyvazov qarın boşluğundan, onurğa sütunundan və qabırğalarından ağır zədələnmişlər. İlqar Nəsibovun həyat yoldaşı və “Azadlıq” radiosunun (RFERL Azərbaycan xidməti) Rafto 2009 mükafat laureatı, həmçinin “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi”-nin rəhbəri Məlahət Nəsibovanın sözlərinə görə, İlqar Nəsibov və Vəfadar Eyvazov xəstəxanaya yerləşdirilib. Lakin, həkimlər onlara tibbi kömək göstərməkdən imtina ediblər. Məlahət Nəsibova güman edir ki, fəallara tibbi yardım göstərməməsi üçün həkimlər yerli rəsmilər tərəfindən hədələnib.
Eyni gün, hücumun qurbanları Naxçıvan Daxili İşlər Nazirliyinə təqsirkarları tanımaları və cəzalandırmaları üçün Naxçıvan Daxili İşlər Nazirliyinə müraciət ediblər. Lakin, onlar müraciəti təqdim edəndə səlahiyyətlilər iş vaxtının bitdiyini bildirərək müraciəti qəbul etməyiblər. Sonra zərərçəkənlər müraciəti Naxçıvan Daxili İşlər Nazirliyinə poçt vasitəsilə göndəriblər.