RATİ-NİN ƏMƏKDAŞI MƏHKƏMƏ BİNASINA BURAXILMAYIB

Bu gün (12 iyun) Bakı Apellyasiya Məhkəməsində hakim Tatyana Qoldmanın sədrliyi ilə hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun “AZTV” və “Lider” telekanallarına qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesi müşahidə  etmək istəyən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Rasim Əliyev məhkəmə binasına buraxılmayıb.
Belə ki, Bakı Apellyasiya Məhkəməsinin nəzarət buraxılış məntəqəsində növbə çəkən polis çavuşu  əməkdaşımızın xidməti vəsiqəsinə baxandan sonra kobud şəkildə “Tatyan xanım prosesə heç kimin buraxılmamağını tapşırıb” cavabını verib. Polis əməkdaşı əlavə edib ki, hakim Tatyana Qoldman məhkəmə zalında kənar şəxslər olarkən şahidləri dindirə bilmir.
Bundan sonra əməkdaşımız şifahi sorğu ilə məhkəmənin qəbul şöbəsinə müraciət etsə də yenə ona kömək edən  olmayıb. Qəbul şöbəsinin adını açıqlamayan əməkdaşı harasa telefonla zəng etdikdən sonra əməkdaşımıza bildirib ki, “Proses artıq başlayıb,  siz artıq gecikmisiniz ”.
Qeyd edək ki, proses saat 11:00-da başlayıb və əməkdaşımız saat 10:45 məhkəmə binasının qarşısında olub.

Previous Post

AZƏRBAYCAN AŞ PA MK-NİN HAZIRLADIĞI QƏTNAMƏ LAYİHƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİNİ İSTƏYİR

Next Post

RATİ-NİN ƏMƏKDAŞI MƏHKƏMƏ BİNASINA BURAXILMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.