RATİ əməkdaşı ifadə verib

 staff_tatyana

Avqustun 21-də  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mühasibi Tatyana Kryuçkina iki saat yarım  ərzində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib.

Tatyana Kryuçkina  bildirib ki, dindirmə tanışlıq xarakteri daşıyıb. İlkin olaraq Maliyyə Nazirliyinin eksperti və müstəntiq bir neçə sual verib, lakin əsaslı şəkildə dindirmə daha sonra olacaq.

Xatırladaq ki, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarına qarşı  2014-cü ilin aprel ayında cinayət işi açılıb. Bu cinayət işi əsasında hüquq müdafiəçisi Rəsul Cəfərov və İntiqam Əliyev həbs edilib. RATİ-nin ofisində axtarış aparılıb,  kompüter, kamera,  sənədlər götürülmüş və təşkilatın qapısına möhür vurulmuşdur.

Previous Post

Avropa Şurası insan haqları pozuntularına göz yummamalıdır

Next Post

Həbsdəki hüquq müdafiəçilərinin apelyasiya məhkəməsi başlayıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.