Həbsdəki hüquq müdafiəçilərinin apelyasiya məhkəməsi başlayıb

anar

Avqustun 22-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və daha iki fəalın – Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində çıxarılmış hökmdən verilən apelyasiya şikayəti  üzrə hazırlıq iclası keçirilib.

İclasın əvvəlində müdafiə tərəfi həbsdə olan Məmmədlinin və Məmmədovun vəkillərin yanında oturmasına icazə verilməsi haqqında vəsatət qaldırıb. Lakin hakim vəsatəti təmin etməyib.

Məhkəmədə vəkil Fariz Namazlı  apelyasiya şikayətinə baxıldığı müddətdə Məmmədli və Süleymanlı barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi,  qismən təkrar məhkəmə istintaqı aparılması, xüsusən birinci instansiya məhkəməsində özlərini zərərçəkmiş hesab etmədiklərini bəyan etmiş 18 nəfərin yenidən dindirilməsi , həmçinin Konstitusiya Məhkəməsinə CM-in 308.2-ci maddəsi üzrə şərh verilməsi haqqında sorğu göndərilməsi barədə vəsatətlər versə də məhkəmə vəsatətləri təmin etməyib və məhkəmə baxışını 5 sentyabr 2014-cü il tarixinə təyin  edib.

Müdafiə tərəfi məhkəmənin hazırlıq iclası barədə qərarından kassasiya şikayəti verəcəyini bildirib.

Xatırladaq ki,  Anar Məmmədli 16 dekabr 2013-cü il tarixində həbs edilib. 26 may 2014-cü ildə isə Anar Məmmədli 5,5 il müddətinə, SMDT-nin icraçı katibi Bəşir Süleymanlı 3,5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalından həbs edilib. Elnur Məmmədov isə şərti azadlığa buraxılıb. Hüquq müdafiəçiləri vergi ödənişindən yayınmaqda, qanunsuz sahibkarlıqda, mənimsəmədə və digər əməllərdə ittiham olunublar

Previous Post

RATİ əməkdaşı ifadə verib

Next Post

Azərbaycanda şiddətli repressiyanın baş verdiyi bir vaxtda Avropa Şurası susur

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.