YAP-IN MİTİNQİ ZAMANI RATİ ƏMƏKDAŞLARI TƏZYİQƏ MƏRUZ QALDI

Bu gün (17 sentyabr) hakim Yeni Azərbaycan Partiyası (YAP) seçki kampaniyası çərçivəsində Səbayel rayonu ərazisində yerləşən Bibiheybət stadionunda icazəli mitinq keçirdi.

Mitinqin monitorinqini aparan RATİ əməkdaşları – Etimad Budaqov və Rasim Əliyev polis təzyiqinə məruz qalıb.
“Mən mitinqdən getmək istəyən insanların qarşısının polis tərəfindən alınması səhnəsini çəkirdim. Bu zaman polis qoluma girərək məni çəkiliş aparmamağa dəvət etdi. Bu an yanımda olan  həmkarım Etimad Budaqov telefonla baş verənlər barədə   RATİ sədri Emin Hüseynova  məlumat verməyə başladı. Bundan sonra polis məni buraxaraq Etimaddan yapışdı”, – deyə Rasim Əliyev qeyd etdi.
Rasim Əliyevin sözlərinə görə o, polis əməkdaşının   Etimad Budaqova qarşı fiziki zor tətbiq etməsi səhnəsini foto lentə almağa başlayıb. Daha sonra polis onu saxlayaraq Səbayel rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişovun yanına aparıb. Vəlişov jurnalistin apardığı foto çəkilişlərə qanunsuz olaraq baxıb və jurnalistdən bəzi kadrları pozmasını tələb edib. Rasim Əliyev yalnız polisin xoşlamadığı kadrları pozduqdan sonra sərbəst buraxılıb.
Xatırladaq ki, YAP prezident seçkilərində Azərbaycan prezidenti, partiyanın sədri İlham Əliyevin namizədliyini irəli sürüb.

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN BANK HESABLARINA HƏBS QOYULUB

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.