“YENİ MÜSAVAT” QƏZETİNİN BANK HESABLARINA HƏBS QOYULUB

Sentyabrın 16-dan “Yeni Müsavat” qəzetinin bank hesablarına həbs qoyulub.

Bu barədə RATİ-yə qəzetin baş redaktoru Rauf Arifoğlu məlumat verib.

“Bizim məhkəmə qərarlarına uyğun olaraq Dövlət Sərhəd Xidmətinə təxminən 2 min AZN, keçmiş prokuror Rəşid Həsənova isə təxminən 17 min AZN həcmində borcumuz var. Biz bu pulu hissə-hissə ödəyirik. Axırıncı dəfə ötən həftənin 5-ci günü biz 630 AZN ödədik. Amma Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi pulun hamısının birdəfəlik ödənilməsini tələb edir. Bu isə bizim imkanlarımız xaricindədir”, – deyə qeyd edən Arifoğlunun sözlərinə görə, bu səbəbə görə də “Yeni Müsavat”ın  bank hesablarına  həbs qoyulub.

Previous Post

“XALQ QƏZETİ”NİN BAŞ REDAKTORU RATİ-NİN APARDIĞI MEDİA MONİTORİNQİN NƏTİCƏLƏRİNDƏN NARAZI QALIB

Next Post

YAP-IN MİTİNQİ ZAMANI RATİ ƏMƏKDAŞLARI TƏZYİQƏ MƏRUZ QALDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.