Emin Hüseynov İctimai Televiziyanın baş direktor seçkisinin nəticələrini legitim saymır

emin-tedbir

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri, İctimai Televiziya və Radio Yayım Şirkəti baş direktorluğuna keçmiş namizəd Emin Hüseynov  seçki prosedurundakı qanun pozuntularına dair aprelin 24-də RATİ-nin mətbuat mərkəzində konfrans keçirib. O bildirib ki, seçkilərdə iştirak üçün sənəd qəbulu aprelin 19-da başa çatıb. Aprelin 21-də qeydə alınan dörd namizədin adı açıqlanıb. Bir gün ötməmiş seçkilər keçirilib. Emin Hüseynov namizədlərin tanınması üçün seçkilərin təxirə salınmasını təklif etsə də Milli Televiziya və Radio Şurası və İctimai TeleviziyanınYayım Şurası bunu qəbul etməyib.

RATİ sədri seçki keçiriləcəyi halda onu legitim saymayacağını söyləyib. Nəticələri mübahisələndirmək üçün məhkəməyə müraciət edəcəyi xəbərdarlığı edib. Namizədlərin adı açıqlanmamış, seçki öncəsi bəzi KİV-lərdə Cəmil Quliyevin baş direktor olacağı haqda yazıların yer almasını seçkilərə kölgə saldığını bildirib. Mətbuat konfransında o seçki proseduru ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. Emin Hüseynov seçkilərin Milli Televiziya və Radio Şurasının (MTRŞ)qərargahında keçirilməsini də qanun pozuntusu adlandırıb.

 “Bu seçki yox, qurama şou idi”-deyə o seçkinin nəticələrinə şərh verib. MTRŞ
rəhbəri Nuşirəvan Məhərrəmlinin seçki prosesini müşahidə yox, müdaxilə etməsinə irad bildirib. “Bu adam faktiki seçki katibi roluoynadı”-deyə o MTRŞ rəhbərinin seçki prosesinə müdaxiləsini dəyərləndirib.

 Yayım Şurasının 3 üzvünün yeni seçildiyini, onların Yayım Şurasının fəaliyyətinin nədən ibarət olduğunu bilmədiklərini deyib. Şuranın yeni seçilmiş üzvü Zemfira Qafarova “kimə səs verək” dedikdə həmkarı Fuad Muradov onu Cəmil Quliyevə səs verməyə yönləndirib. Bu fakt ciddi qanun pozuntusudur. Fuad Muradov deputat, Yusif Babanlı isə YAP Nərimanov rayon təşkilatının rəhbər heyətində təmsil olunduğu üçün onların Yayım Şurasına seçilmələri qanunsuz hesab edilib.

 Emin Hüseynov üzvlərin hər birinin iki namizədə səs verməsini “absurd” adlandırılıb. Qafqaz Müsəlmanları İdarəsinin təmsilçisi Fuad Nurullayevin “saçlarını tumarladığına və gülümsədiyinə görə”  ona irad bildirməsini özünə qarşı ayrı-seçkilik kimi dəyərləndirib.

  Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı seçki zamanı əsaslı qanun pozuntularına yol verildiyini bildirib.

Emin Hüseynov məhkəməyə müraciət edəcəyini, seçkinin nəticələrinin ləğv olunmasına çalışacağını deyib. Bundan başqa Yayım Şurasının tərkibinə etimadsızlıq üçün bir sıra QHT-lərlə birgə imzatoplama kampaniyasına başlanılacağı qeyd olunub.

Previous Post

Jurnalistin işi üzrə ekspert rəyi istintaqın obyektivliyinə şübhə yaradır

Next Post

Jurnalistin işi üzrə şahid dindirilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.