Jurnalistin işi üzrə ekspert rəyi istintaqın obyektivliyinə şübhə yaradır

594A3954-AD8F-49FE-9AF0-0CC9A6EC4ADA_mw800_s
Aprelin 24 -də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə növbəti qapalı  məhkəmə iclası keçirilib. H. Məmmədovun hüquqlarını müdafiə komitəsinin üzvləri, ictimaiyyət nümayəndələri və hüquq müdafiəçiləri məhkəmə prosesinin qapalı keçirilməsinə etiraz olaraq məhkəmənin qarşısında dinc etiraz aksiyası keçiriblər. Aksiya müdaxiləsiz başa çatıb.
Prosesdən sonra Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)müsahibə verən baş redaktorun vəkili Xalid Bağırov bu gün olan prosesdə ekspert İlhamə Quliyevanın dindirildiyini bildirdi:
X. Bağırov bildirdi ki, prosesdə Hilal Məmmədov hakimlər Mayıl Bayramov və Azər Orucovun işə baxmasına etiraz edib və səbəbi izah edilmədən baxılmamış saxlanılıb.
“Eyni zamanda  H. Məmmədov Daxili İşlər Naziri (DİN) Ramil Usubov və Baş Prokuror Zakir Qaralovun şahid qismində dindirilməsi barədə vəsatət verdi, ancaq vəsatətə baxılmadı.  Məhkəmə zamanı  Hilal Məmmədovun yazılarına rəy verən ekspert İlhamə Quliyevanın verdiyi ifadədən məlum olurdu ki, əslində ona ekspertiza üçün mətnlər yox, fləşka verilib. Fləşkanın ekspertizaya təqdim edilmə tarixi ilə bağlı ekspertin dediyi fikirlər ilə istintaqın dediyi fikirlərin ziddiyyət təşkil etməsi onu göstərdi ki, əslində ekspert yazılara baxmadan  rəy verib”,-deyə vəkil əlavə etdi.
Qeyd edək ki, növbəti proses  1 may saat 10:30-a təyin edilib.
Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.
Previous Post

İctimai Televiziyanın baş direktoru seçkiləri geniş müzakirə obyektinə çevrilib

Next Post

Emin Hüseynov İctimai Televiziyanın baş direktor seçkisinin nəticələrini legitim saymır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.