RATİ QUBA HADİSƏLƏRİ İLƏ BAĞLI DAVAM EDƏN MƏHKƏMƏ PROSESİNDƏ MÜŞAHİDƏÇİLƏRƏ TƏZYİQDƏN NARAHATDIR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) 2012-ci il mart ayının 1-də Quba şəhərində baş verən hadisələrlə bağlı həbs edilən şəxslərdən bir qrupunun işi üzrə hazırda Quba şəhər Məhkəməsində hakim Zamin Tahirovun sədrliyi ilə davam edən açıq məhkəmə prosesdən müşahidəçi və media nümayəndəsinin artıq iki gündür ki, kənarlaşdırılması və yalnız günün ikinci yarısında məhkəmə prosesində iştirakına icazə verilməsindən narahatdır.

Belə ki, artıq iki gündür ki, davam edən prosesi müşahidə etmək istəyən  yerli müstəqil jurnalist Cəmil Məmmədli və Helsinki Vətəndaşlıq Assambleyası Azərbaycan Milli Komitəsinin Quba-Xaçmaz üzrə regional nümayəndəsi Aftandil Məmmədov günün birinci yarısında məhkəmə prosesindən kənarlaşdırılır. Habelə məhkəmə prosesində audio və video yazı, hətta foto şəkil çəkməyə belə icazə verilmir.  
RATİ  baş verən hadisəni hakimiyyətin müstəqil media və QHT-lərə növbəti basqısı kimi dəyərləndirir və sözü gedən məhkəmə prosesinin şəffaflığını şübhə altında qoyur.
RATİ Azərbaycan hökumətinə müraciət edərək, sözügedən prosesdə media və QHT nümayəndələrinin iştirakının bəhanəsiz və fasiləsiz təmin edilməsinə şərait yaratmağa çağırır.
Xatırlama:
Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2011-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi  və sonra sosial şəbəkələrdə yayılan çıxışında  “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və bu səbəbdən 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib, aksiya iştirakçıları R. Həbibovun evini  yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində icra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb. 13 mart tarixində "Xəyal TV"-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev, habelə 20 nəfərə yaxın Quba sakini  həbs edilib. Hazırda həbsdə olan ilk 8 nəfərin məhkəməsi Quba şəhər məhkəməsində davam edir.

Previous Post

RATİ-NİN “AZADLIQ” VƏ “YENİ MÜSAVAT” QƏZETLƏRİNİN SATIŞINDA YARADILMIŞ SÜNİ ƏNGƏLLƏRƏ DAİR BƏYANATI

Next Post

SİYASİ MƏHBUSLARSIZ AZƏRBAYCAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.