RATİ-NİN NAXÇIVAN BÖLGƏ MÜXBİRİNƏ KƏNDDƏN ÇIXMAĞA İCAZƏ VERMİRLƏR

RATİ-nin Naxçıvan bölgə müxbiri Həkimeldostu Mehdiyevə yaşadığı kənddən digər bir kəndə getməyə icazə vermirlər.

Bu haqda RATİ-yə məlumatı müxbirin özü verib.“Ətraf kəndlərin sahə müvəkkilləri və kənd icra nümayəndələrinə yuxarıdan tapşırılıb ki, mənim başqa kəndlərə getməyimə mane olsunlar. Birbaşa mənə qarşı olmasa da sürücüm vasitəsilə mənə qadağanın qoyulduğunu bildirirlər. Zeyvədüzəngə kəndinin icra nümayəndəsi Rasim Məmmədov və sahə müvəkkili Mirzə adlı şəxs sürücümün qarşısını kəsərək bildirmişdilər ki, mən bir də o kəndə getməyim. Bundan başqa xeyli müddətdir ki, sürücülük vəsiqəsi üçün imtahan verirəm. Hər dəfə imtahandan kəsildiyimi bildirirlər. İmtahanın nəticələrini istəyəndə isə  heç bir əsas göstərmədən nəticələri mənə verməkdən imtina edirlər. Naxçıvan MR Baş Dövlət Yol Polis İdarəsinin təhsil-tədris üzrə sədr müavini polkovnik leytenant Hidayət Zahirli isə mənə bildirdi ki, nə qədər ki, sən müxalifətçisən biz sənə sürücülük vəsiqəsi verməyəcəyik”.
 Mehdiyev məsələ ilə bağlı dəfələrlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun köməkçisinə müraciət etdiyini, lakin heç bir nəticə olmadığını da vurğuladı.

Previous Post

MAHAL İSMAYILOĞLU BARƏDƏ CİNAYƏT İŞİ AÇILIB

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.