RATİ ÜZVLƏRİ POLİSDƏ İFADƏ VERİB

Bu gün (08 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) üzvləri – İdrak Abbasov,  Elnur Məmmədov və Qəmbər Qəmbərov Nəsimi rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsinə çağırılıblar.

Bölmənin təhqiqatçısı Əfqan Hüseynov onlardan 8 oktyabr 2009-cu il tarixində təzyiqə məruz qalmaları ilə bağlı izahat alıb.
Xatırladaq ki, oktyabrın 8-də  “Milli yol” qəzetinin və “Poliqon” İnformasiya Agentliyinin (pia.az) baş redaktoru Şahin Ağabəylinin və müavini Radil Məmmədovun Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həbsi ilə əlaqədar keçirilən əməliyyat zamanı,  hadisə yerində çəkiliş aparan RATİ əməkdaşları İdrak Abbasov, Qəmbər Qəmbərov və Elnur Məmmədov mülki geyimli şəxslərin təzyiqinə məruz qalmışdılar.  Onların video və foto kameraları əllərindən alınmış, həmçinin Elnur Məmmədov saxlanılaraq Şahin Ağabəyli ilə eyni maşında aparılmış, sonradan yolda  sərbəst buraxılmışdı. Baş verənlərlə bağlı RATİ əməkdaşlarının Daxili İşlər Nazirliyinə müraciətinə əsasən, Nəsimi rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində araşdırma aparılır.

Previous Post

BAŞ REDAKTORUN VƏSATƏTLƏRİ TƏMİN EDİLMƏDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.