“KİV HAQQINDA “ QANUNA TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏRLƏ BAĞLI RATİ-NIN BƏYANATI

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ)  19 iyun, 2009-cu il  tarixdə Milli Məclisin növbədənkənar sessiyasında müzakirə olunacaq “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa təklif edilən dəyişikliklər və əlavələr ilə bağlı narahatlığını bildirir.

RATİ hesab edir ki, dəyişikliklərin bir neçəsi söz azadlığını   məhdudlaşdırmaq və KİV üzərində  hökumət nəzarətini gücləndirmək niyyəti ilə təklif  olunub.

Məsələn, Qanunun 14-cü bəndinə təklif edilən dəyişikliklərə müvafiq olaraq, qanun pozuntularına görə məhkəmə tərəfindən təqsirləndirilən KİV təsisçisi  üçün  beş (5) il müddətinə yeni KİV təsis etmək qadağan olunacaq ki, bu da hökumətə kütləvi informasiya vasitələrinin təsisçilərinə yeni KİV yaratmağı qadağan etmək üçün imkan verəcək.

Buna görə də RATİ bunu  hüquqi cəhətdən qeyri-adekvat hesab edir və  məhkəmələrin siyasi cəhətdən əsaslandırmasını nəzərə alaraq, əlavə və dəyişikliklərin kütləvi informasiya vasitələrinə qarşı əsassız yeni məhkəmə qərarlarına və qanun pozulmalarına yol açacağını bildirir.

RATİ həmçinin  KİV haqqında qanuna bir ay bundan əvvəl edilmiş əlavə və dəyişikliklərdə “ iki  il ərzində 3 (üç) “qərəzli yazı”ya görə ittiham edilən medianın ləğvi haqqında bənd”in tamamilə  ləğv edilməsinə ehtiyac duyulduğunu diqqətə çatdırır. Bundan əlavə, "qərəzli yazı " deyildikdə nə nəzərdə tutulduğu anlaşılmaz qalır.

Digər narahatlığın 14-cü maddəki bəndin çıxarılmasının təklifi ilə bağlıdır. Belə ki, bənddə göstərilir ki, Kütləvi informasiya vasitələrini dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar (yalnız mətbu nəşrlər üçün) ictimai birliklər, idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və başqaları ilə birlikdə yarada bilərlər. Buradan görünür ki, yuxarıda sadalanan fəaliyyət bu çıxarışdan sonra da  qanuni qalır və qadağan edilmir. Amma çıxarışdan sonra KİV yaratmaq demək olar ki, məhdudlaşdırıla və qadağan oluna bilər.

Hal-hazırda Azərbaycanda yayım  mediası açmaq demək olar ki, qeyri-mümkündür, ancaq adətən çap mediası həmişə bütün adamların və qrupların töhfə verdikləri liberal sahə  olmuşdur.

Kütləvi İnformasiya Vasitələrində Azərbaycan Respublikası Qanununa təklif edilən dəyişikliklər paralel olaraq,  Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununa da edilmişdir. Bu qanuna edilən təklifdə media yaratmaq üçün dövlət rüsumunun 1000 AZN olması təklif olunur. RATİ hesab edir ki, bu, KİV yaratmaq istəyən bir sıra şəxsləri bu cəhddən çəkindirən sərt qiymətdir.

RATİ bütün bunlardan narahat olduğunu bir daha bildirərək, Azərbaycan  

Respublikası Milli Məclisini və Hökumətini yuxarıda qeyd olunan dəyişiklikləri qəbul etməməyə, əksinə,  media qanunvericiliyini liberallaşdırmağa,  xüsusilə yayım  mediası sahəsində liberal  islahatlar aparmağa və diffamasiyanı  cinayət  məcəlləsindən çıxarmağa çağırır.
RATİ Azərbaycanda söz azadlığını təmin etmək, Azərbaycanın mətbuat azadlığı sahəsində beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəçilikləri yerinə yetirmək, diffamasiyanın cinayət məcəlləsindən çıxarılmasını təmin etmək üçün beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətinə təzyiq göstərməyə , Azərbaycanda mətbuat azadlığının təmin olunmasına yardım etməyə çağırır.

Previous Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİ MƏTBUAT KONFRANSI KEÇİRDİ

Next Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİ MƏTBUAT KONFRANSI KEÇİRDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.