RATİ-NİN ANAR BAYRAMLININ HƏBSİ İLƏ BAĞLI BƏYANATI

 Reportyorların Azadlıq və Təhlükəsizlik  İnstitutu (RATİ)  İran İslam Respublikasının  “Səhər”  televiziya kanalının Bakıdakı müxbiri, Azərbaycan vətəndaşı Anar Bayramlının Binəqədi rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilməsini pisləyir.

Anar Bayramlı fevralın 17-də axşam saatlarında 5 nəfər polis əməkdaşı heç bir əsas gətirmədən   Binəqədi rayon 4-cü polis bölməsinə aparılıb. Daha sonra polislə əlaqə saxlayan ailə üzvlərinə jurnalistin üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülmuşdü. Haqqında 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmş və o həbsə alındıqdan 3 gün sonra  vəkillə təmin olunmuşdur.
RATİ  hesab edir ki, jurnalist Azərbaycan İran münasibətlərinin son həftələrdə gərginləşməsinin  qurbanı olmuşdur. “Səhər” telekanalı Azərbaycan dilində hazırladığı reportajlarda Azərbaycandakı siyasi və sosial problemləri mütəmadi qabardır və tez-tez də  hakimiyyətini kəskin tənqid edir. Azərbaycan hakimiyyəti isə öz növbəsində hesab edir ki,  “Səhər” telekanalı bilərəkdən Azərbaycandakı ictimai siyasi durumu gərginləşdirmək istəyir və bu səbəbdən telekanala mütəmadi təzyiqlər olub.
 Ölkələr arası durumun hansı vəziyyətdə olmağından asılı olmayaraq RATİ  jurnalistlərin   saxta ittihamlarla həbsə atılmasını yolverilməz hesab edir.
            Hazırda Azərbaycanda saxta ittihamlarla “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və bu qəzetin bölgə müxbiri Aydın Caniyev, “islamazeri.az” saytinin baş  redaktoru Ramin Bayramlı, “Xəyal” TV-nin əməkdaşları Vüqar Qonaqov və Zaur Quliyev,  “Şəffaflıq” jurnalının baş redaktoru Oqtay Güləliyev, “Azadxeber.az” saytının baş redaktoru Nicat Əliyev həbsdədir.
            RATİ Azərbaycan hökumətinə müraciət edərək Anar Bayramlı daxil olmaqla yuxarıda adı çəkilən jurnalistlərin dərhal azad edilməsi və ifadə azadlığına dözümlə yanaşmağı çağırır.
Previous Post

RATİ ƏMƏKDAŞI HƏBS OLUNA BİLƏR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.