RATİ ƏMƏKDAŞI HƏBS OLUNA BİLƏR

      İyunun 6-da axşam saat 22 radələrində sahə müvəkkili Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun (RATI) foto-reportyoru, gənc blogger Mehman Hüseynovun yaşadığı mənzilə gələrək, onun təcili olaraq Səbail rayon Polis İdarəsinə çağrıldığı haqda bildiriş təqdim edib.

Bildirişdə göstərilib ki, M. Hüseynov iyunun 9-da saat 11-də Səbayel Rayon Polis İdarəsində olmalıdır. Amma onun hansı qismdə və iş üzrə çağırıldığı bildirişdə göstərilməyib.
Belə ki, Mehman Hüseynov İctimai Palatanın 21 may etiraz aksiyasında peşə fəaliyyətini yerinə yetirərkən polisi təhqir etməkdə günahlandırılır. Mehman Hüseynov isə haqqında yayılan ittihamları əsassız sayır: “İnternet portalında həmin aksiyanın geniş görüntüləri yayımlanıb. Orada polislərin, mülki geyimdə olan xüsusi polis alayı əməkdaşlarının aksiyaçılarla necə kobud rəftar etdiyi, onların ünvanına təhqiramiz ifadələr işlətdiyi, jurnalistlərin, foto-reportyorların peşə fəaliyyətinə necə zorakılıqla mane olduğu açıq-aydın görünür.  Həmin aksiya zamanı mənim və bizim təşkilatımızın  diqər  əməkdaşının  video və foto kameralarımızı polis işçiləri tərəfindən qəsdən sındırıldı. Onlar var gücləri ilə, bütün vasitələrdən istifadə edərək media nümayəndələrinin texniki avadanlıqlarını zədələməyə çalışırdılar”.
  Hazırda bu məsələ üzrə Səbail rayon polis idarəsi tərəfindən Cinayət Məcəlləsinin 221.2.2 (Xuliqanlıq) maddəsi üzrə cinayət işı acılıb. Bu maddə ilə Mehman Hüseynovu  5 ilədək  həbs qözləyə bilər.
RATİ istisna etmir ki Mehman Hüseynova həbs təhlükəsi onun doğma qardaşı RATİ-nin sədri  Emin Hüseynovun fəaliyyətilə də əlaqəlidir. E.Hüseynov öz növbəsində hesab edir ki, bu cür siyasi həbslər ən yüksək səviyyələrdə verilmiş sifarişlə həyata keçirilir. Onun fikrincə, Mehman Hüseynovu RATI-dən qisas almaq məqsədilə də həbs edə bilərlər. Bizim Azərbaycanda ifadə azadlığı və insan hüqularının müdafiəsi istiqamətində həm yerli həm də beynəlxaq səviyyədə apardığımız  fəaliyyət Azərbaycanın hökümətini  qəzəbləndirir bu isə bizə və əməkdaşlarımıza qarşı baş verən basqıların əsas səbəbədir deyə E. Hüseynov bildirib.
 
Previous Post

ANAR BAYRAMLI 2 İL MÜDDƏTİNƏ HƏBS CƏZASI ALDI

Next Post

RATİ-NİN ANAR BAYRAMLININ HƏBSİ İLƏ BAĞLI BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.