RATİ-nin bəyanatı: Avropa Birliyi və Avropa Şurası Azərbaycan hakimiyyətinin törətdiyi hüquq pozuntularına sərt reaksiya verməlidir

avqust 31st, 2017

31 avqust, 2017-ci il

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Bakı Apellyasiya Məhkəməsinin veteran jurnalist Mehman Əliyevin həbsdə saxlanılmasına dair dünənki qərarını pisləyir. RATİ Avropa İttifaqı, Avropa Şurası, Amerika Birləşmiş Ştatları və Kanadanı fundamental insan hüquqlarına qarşı hörmətsizliyin bütün mümkün hədlərini aşmış Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Azərbaycanın ən tanınmış jurnalistlərdən biri, ölkənin ən stajlı və faktiki olaraq sonuncu müstəqil media orqanının rəhbəri olan Mehman Əliyev vergilərin ödənilməsindən yayınmaq, vəzifə səlahiyyətlərini aşmaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirli bilinərək, barəsində 7 noyabr 2017-ci il tarixinə qədər həbs qətimkan tədbiri seçilmişdir.

RATİ təəssüflə bildirir ki, ölkənin az qala bütün müstəqil KİV-lərinin və QHT-lərinin rəhbərləri 2013-cü ilin sonundan günümüzə qədər oxşar absurd ittihamlarla təqib olunmaqla hakimiyyətin repressiv siyasətinin qurbanına çevrilmişdir. Leyla Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev və Xədicə İsmayılova kimi bənzər ittihamlarla həbs edilmiş tanınmış hüquq müdafiəçiləri və jurnalistləri həbsdən azad edən hakimiyyət cəmiyyəti daimi qorxu altında saxlamaq məqsədilə analoji ittihamlarla digər tənqidçiləri həbs edir.

“Mehman Əliyevin təqib olunması təkcə bir müstəqil jurnalistin həbsi və Turan xəbər agentliyinin məqsədyönlü şəkildə sıradan çıxarılması deyil, həm də faktiki olaraq bütün Azərbaycan xalqına mənfi təsir göstərəcək informasiya zülməti dövrünün başlanğıcıdır”, deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib. “Korrupsiyaya uğramış avtoritar rejim törətdiyi cinayətkar əməllərə görə cəzasız qaldığı müddətcə tənqidçilərini daha da sərt bir şəkildə aradan qaldıracaqdır. Bu kritik durumda, hakimiyyətin apardığı repressiya siyasəti yalnız Qərbin ciddi siyasi və iqtisadi sanksiyaları ilə dayandırıla bilər,” deyə Hüseynov fikrini yekunlaşdırıb.

RATİ ABŞ, Fransa, Almaniya, Britaniya və Norveç hökumətlərinin Mehman Əliyevin həbsini pisləyən son bəyanatlarını alqışlayaraq, Avropa Şurası və Avropa Birliyini Azərbaycan hakimiyyətinin ifadə azadlığı və digər fundamental insan hüquqları sahəsindəki öhdəliklərinə əməl etməməsinə münasibətdə daha sərt və prinsipial mövqe nümayiş etdirməyə çağırır. Xüsusilə də, RATİ Avropa Birliyi və onun üzvlərini yeni strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasına dair Azərbaycan hakimiyyəti ilə aparılan danışıqları tamamilə dayandırmağa, habelə Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının xətti ilə hökumətə göstərilən maliyyə dəstəyini kəsməyə çağırır. RATİ daha sonra Avropa Parlamentinin bütün siyasi qruplarını Azərbaycan hakimiyyətinə qarşı ciddi sanksiyaların tətbiqini nəzərdə tutan yeni bir qətnamə üzərində işə başlamağa, eləcə də Avronest çərçivəsində Azərbaycan parlamenti ilə əməkdaşlığı tamamilə dayandırmağa, o cümlədən Avronest üzvlərinin sentyabrın ikinci yarısında Bakıda keçirilməsi nəzərdə tutulan parlamentlərarası görüşünü ləğv etməyə çağırır.

RATİ həmçinin Avropa Şurasının baş katibi və Nazirlər Komitəsini Avropa Şurası Nizamnaməsinin 8-ci maddəsinə uyğun olaraq Azərbaycanın Avropa Şurasındakı üzvlüyünə uyğunluğunun nəzərdən keçirilməsi prosesini başlatmağa, Avropa Şurası Parlament Assambleyasını isə sanksiyaların birinci mərhələsi kimi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququnu dondurmağa çağırır.

Eyni zamanda, RATİ ABŞ qanunvericilərini Azərbaycanın hakim elitasına qarşı sərt siyasi və iqtisadi sanksiyaların tətbiq olunmasını nəzərdə tutan Azərbaycan Demokratiya Aktını qəbul etmək təşəbbüsünü bərpa etməyə çağırır.

RATİ dünya ictimaiyyətini Azərbaycan hakimiyyətinə Dünya Bankı və digər beynəlxalq maliyyə qurumları vasitəsi ilə göstərilən maliyyə dəstəyini korrupsiya ilə mübarizə aparan jurnalistlərin hakimiyyət tərəfindən həbsdən buraxılmasına qədər tamamilə dayandırmağa çağırır.

RATİ beynəlxalq ictimaiyyəti Azərbaycanın korrupsiyaya uğramış hakimiyyətinə göstərilən hər hansı maddi dəstəyi tamamilə dayandırmağa və hökumət üçün nəzərdə tutulan vəsaitləri son dörd il ərzində hakimiyyətin bütün mümkün təzyiq formalarından istifadə edərək yox olma həddinə gətirib çıxardığı vətəndaş cəmiyyətinin dəstəklənməsinə yönəltməyə çağırır.

RATİ Azərbaycan hakimiyyətini haqsız yerə həbs olunmuş bütün media nümayəndələrini, o cümlədən jurnalistlər Mehman Əliyevi, Nicat Əliyevi, Faiq Əmirlini, Araz Quliyevi, Seymur Həzini, Mehman Hüseynovu, Fikrət İbişbəylini, Ərşad İbrahimovu, Elçin İsmayıllını, Əfqan Muxtarlını, Əziz Orucovu, Əfqan Sadıqovu, Cavid Şirəliyevi və Məhbub Zülfüqarlını, bloggerlər Rəşad Ramazanov və İlkin Rüstəmzadəni, yazıçılar Tofiq Həsənov və Saday Şəkərlini, qraffiti fəalları Qiyas İbrahimov və Bayram Məmmədovu dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırır.

ЗАЯВЛЕНИЕ ИСБР: ЕВРОСОЮЗ И СОВЕТ ЕВРОПЫ ДОЛЖНЫ ЖЕСТКО ОТВЕТИТЬ ВЛАСТЯМ АЗЕРБАЙДЖАНА НА ОТКАЗ СОБЛЮДАТЬ ВЗЯТЫЕ ОБЯЗАТЕЛЬСВА ПО СОБЛЮДЕНИЮ ПРАВ ЧЕЛОВЕКА

31 августа 2017

Институт Свободы и Безопасности Репортеров (ИСБР) осуждает вчерашнее решение Бакинского Апелляционного суда оставившего под арестом директора информационного агентства ТУРАН Мехмана Алиева и призывает Евросоюз Совет Европы США и Канаду ввести санкции по отношению к властям Азербайджана которые перешли все возможные грани неуважения по отношению к фундаментальным правам человека.

Будучи одним из самых известных азербайджанских журналистов и возглавлявший старейшее и фактически последнее независимое СМИ Азербайджана Мехман Алиев был обвинён неуплате налогов превышении служебных полномочий а также в занятии незаконной предпринимательской деятельностью и помещен под стражу в следственный изолятор до 7 ноября 2017 года.

ИСБР с сожалением констатирует что руководители практически все самых независимых СМИ и НПО с конца 2013 года по сей день становятся жертвой репрессивно политики властей путем инкриминирования аналогичных абсурдных обвинений. Выпуская из тюрем арестованных по схожим обвинениям таких известных правозащитников и журналистов как Лейлу Юнус, Анара Маммедли, Расула Джафарова, Интиама Алиева и Хадижу Исмаилову власти арестовывают новых известных критиков по схожим обвинениям с целью держать общество под постоянным страхом.

«Преследование Мехмана Алиева это не только арест одного независимого журналиста и целенаправленное уничтожения новостного агентства ТУРАН это фактически начала новой эры повсеместно надвигающегося информационного мрака который негативно повлияет на весь Азербайджанский народ» заявил исполнительный директор ИСБР Эмин Гусейнов. «Коррумпированный авторитарный режим будет продолжать еще жёстче уничтожать своих критиков до тех пор пока он чувствует безнаказанность за свои преступные действия, в данной критической ситуации репрессии властей могут быть остановлены лишь серьезными политическим и экономическими санкциями со стороны Запада»- подытожил Гусейнов.

ИСБР приветствует последние заявления со стороны правительств США, Франции, Германии, Великобритании и Норвегии осудившие арест Мехмана Алиева в тоже время призывает Совет Европы И Евросоюз продемонстрировать более жесткую и принципиальную позицию по несоблюдению властями Азербайджана своих обязательств в сфере свободы выражения других фундаментальных правах человека. В частности ИСБР призывает Евросоюз и его членов полностью приостановить переговоры с властями Азербайджана по подписанию Нового Договора о Стратегическом Сотрудничестве а также прекратить финансовую поддержку властям через Европейский Инвестиционный Банк и Европейский Банк Реконструкции и Развития. В сою очередь ИСБР призывает все политические группы Европейского Парламента начать работу над новой резолюцией подразумевающие начало введения серьезных санкций по отношению к Азербайджанским властям а также полностью прекратить сотрудничество с парламентом Азербайджана в рамках Евронест включая отмену намеченную на вторую половину сентября межпарламентскую встречу членов Евронест в Баку.

В свою очередь ИСБР призывает Генерального Секретаря и Комитет Министров Совета Европы начать процесс рассмотрения соответствии Азербайджана членству в Совете Европы а Парламентскую Ассамблею Совета Европы в качестве первой стадии санкций заморозить право голоса Азербайджанской делегации делегации в ПАСЕ.

ИСБР также призывает Конгрессменов США возобновить инициативу по принятию Азербайджанского Акта Демократии подразумевающего введение жестких политических и экономических санкций по отношению к правящей элите Азербайджана.

ИСБР призывает международное сообщество полностью прекратить финансовую поддержку властей Азербайджана через Всемирный Банк и другие международные финансовые институты пока власти не освободят из тюрем журналистов борющихся с коррупцией.

ИСБР призывает международное сообщество полностью прекратить любую финансовую поддержку коррумпированных властей Азербайджана а средства предназначенные для властей направить на поддержку гражданского общества которое за последние 4 года путем всевозможных видов давления со стороны властей поставлено на грань исчезновения.

ИСБР призывает власти Азербайджана немедленно и безоговорочно освободить всех несправедливо арестованных представителей СМИ включая журналистов Мехмана Алиева, Афгана Мухтарлы, Мехмана Гусейнова, Мехбуба Зульфугарлы, Сеймура Хези, Азиза Оруджева, Фаика Амирли, Ниджата Алиева, Араза Гулиева, Фикрета Ибишбейли, Афгана Садыхова, Эльчина Исмаиллы, Джавида Ширалиева, Аршада Ибрагимова, блогеров Рашада Рамазанова и Илькина Рустамзаде писателей Садая Шакарли и Тофика Гасанова а также графити активистов Гияса Ибрагимова и Байрама Мамедова.