RATİ-nin tanınmış azərbaycanlı jurnalist və “Turan” xəbər agentliyinin rəhbəri Mehman Əliyevin siyasi motivli həbsinə dair Bəyanatı

25 avqust, 2017-ci il

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Turan” müstəqil informasiya agentliyinin rəhbəri Mehman Əliyevin həbsi ilə bağlı Azərbaycan hakimiyyətini pisləyir. Təşkilat jurnalistin dərhal azadlığa buraxılmasına, habelə “Turan”ın özünə və onun digər əməkdaşlarına qarşı təzyiqlərin dayandırılmasına çağırır.

Dünən (24-08-2017) Azərbaycanda ən tanınmış və hörmət edilən jurnalistlərdən biri olan Mehman Əliyev vergilərin ödənilməməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə şübhəli şəxs qismində həbs edilib.

RATİ əminliklə bildirir ki, Mehman Əliyevin həbsinin arxasında siyasi motivlər mövcuddur və bu həbs uzun illər çətinliklərə və hakimiyyətin təzyiqlərinə baxmayaraq, əsl peşəkar və kompromisə getməyən media qurumu kimi öz qüsursuz nüfuzunu qoruyan son müstəqil KİV-in sıradan çıxarılmasına yönəlmişdir.

RATİ hesab edir ki, Mehman Əliyevin saxlanılması son illər ərzində hökumətə qarşı tənqidi dayandırmaq üçün hakimiyyətin müstəqil media və QHT-lərə qarşı maliyyə və hüquq-mühafizə orqanlarından istifadə etdiyi oxşar ssenari üzrə baş verib.

“Müstəqil Azərbaycan jurnalistikasının formalaşmasında rol oynamış əsas simalardan biri olan və onun inkişafına böyük töhfə verən Mehman Əliyevin həbsi hakimiyyətin söz azadlığına qarşı nifrətinin bariz nümunəsidir”, deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov qeyd edib. “Öz sahəsinin bir növ sonuncu Mogikanını və Azərbaycanda söz azadlığının canlı simvollarından birini həbs etməklə, hakimiyyət media orqanları arasında maksimum dərəcədə qorxu və özünü senzura mühiti yaratmağa çalışır. Bütün həyatını korrupsiyaya qarşı mübarizə və hökumətin hesabatlılığını artırmağa həsr etmiş bir jurnalistin və müstəqil KİV rəhbərinin vergi ödəməkdən yayınma kimi saxta ittihamla həbsi korrupsioner və avtoritar rejimin tənqidçilərə qarşı qərəzliliyindən başqa bir şey deyil “, deyə Hüseynov fikrini yekunlaşdırıb.

RATİ Azərbaycan hakimiyyətini bütün haqsız yerə həbs edilmiş media nümayəndələrini, o cümlədən jurnalistlər Mehman Əliyevi, Əfqan Muxtarlını, Mehman Hüseynovu, Məhbub Zülfüqarlını, Seymur Həzini, Əziz Orucovu, Faiq Əmirlini, Nicat Əliyevi, Araz Quliyevi, Fikrət İbişbəylini, Əfqan Sadıqovu, Elçin İsmayıllını, Cavid Şirəliyevi, bloggerlər Rəşad Ramazanovu və İlkin Rüstəmzadəni, yazıçılar Saday Şəkərlini və Tofiq Həsənovu, habelə qraffiti fəalları Qiyas İbrahimovu və Bayram Məmmədovu dərhal və qeyd-şərtsiz azad etməyə çağırır.

Mehman Əliyevə, “Turan” informasiya agentliyi əməkdaşlarına və digər təqib olunan jurnalistlərə qarşı hücumlara görə məsuliyyətin şəxsən Azərbaycan Prezidenti İlham Əliyev və onun yaxın ətrafının üzərinə düşdüyünü nəzərə alaraq, RATİ dünya ictimaiyyətini Azərbaycanın rəhbərliyini pisləməyə, yüksək rütbəli məmurlar və onların ailələrinə qarşı ciddi sanksiyalar tətbiq etməyə, məsələn, cinayətkar yolla əldə edilmiş və xaricə köçürülmüş aktivlərin həbsinə, Avropa İttifaqı ölkələri və ABŞ-a səfərlərinin qadağan edilməsinə çağırır.

ЗАЯВЛЕНИЕ ИСБР ПО ПОВОДУ ПОЛИТИЧЕСКИ МОТВИРОВАННОГО ЗАДЕРЖАНИЯ ИЗВЕСТНОГО АЗЕРБАЙДЖАНСКОГО ЖУРНАЛИСТА И РУКОВОДИТЕЛЯ НОВОСТНОГО АГЕНТСВА «ТУРАН» МЕХМАНА АЛИЕВА

25 августа 17

Институт Свободы и Безопасности Репортеров (ИСБР) осуждает власти Азербайджана за арест руководителя независимого информационного агентства ТУРАН Мехмана Алиева и призывает немедленно его освободить также положив конец давлению на само СМИ и его других сотрудников.

Один из самых известных и уважаемых журналистов Азербайджана Мехман Алиев вчера (24-08-2017) был взят под стражу качестве обвиняемого по обвинению в неуплате налогов и превышении служебных полномочий.

ИСБР уверен в политическим мотиве ареста Мехмана Алиева который нацелен на уничтожения последнего независимого СМИ которое несмотря на многолетние трудности и притеснения властей сохраняло свою безупречную репутацию поистине профессионального и бескомпромиссного СМИ.

ИСБР считает что задержание Мехмана Алиева проходит по схожему сценарию властей когда против независимых СМИ и НПО на протяжении последних лет используют фискальные и правоохранительные органы с целью заставить приостановить критику властей.

«Арест Мехмана Алиева человека который лично стоял у истоков формирования независимой азербайджанской журналистики и внес в ее развитие огромный вклад является вопиющим фактом ненависти властей по отношению к свободе слова» – заявил исполнительный директор ИСБР Эмин Гусейнов. «Арестовывая своего рода последнего из могикан и одного из живых символов свободы слова в Азербайджане власти пытаются максимально посеять атмосферу страха и самоцензуры среди медиа сообщества. Арестовать по сфабрикованным обвинениям в неуплате налогов журналиста и руководителя независимого СМИ который посвятил всю свою сознательную жизнь посвятил борьбе с коррупцией и повышением подотчетности власти является не чем иным как мракобесием коррумпированного и авторитарного режима по отношению к критикам»- подытожил Гусейнов.

ИСБР призывает власти Азербайджана немедленно и безоговорочно освободить всех несправедливо арестованных представителей СМИ включая журналистов Мехмана Алиева, Афгана Мухтарлы, Мехмана Гусейнова, Мехбуба Зульфугарлы, Сеймура Хези, Азиза Оруджева, Фаика Амирли, Ниджата Алиева, Араза Гулиева, Фикрета Ибишбейли, Афгана Садыхова , Эльчина Исмаиллы , Джавида Ширалиева, блогеров Рашада Рамазанова и Илькина Рустамзаде писателей Садая Шакарли и Тофика Гасанова а также графити активистов Гияса Ибрагимова и Байрама Мамедова.

Учитывая что ответственность за нападки на Мехмана Алиева и сотрудников новостного агентства ТУРАН и других преследуемых журналистов лежит лично на президенте Азербайджана Ильхаме Алиеве и его ближайшем окружении, ИСБР призывает мировое сообщество осудить руководство Азербайджана и начать применять серьёзные санкции против высокопоставленных чиновников а также членов их семей включая такие как арест преступно нажитых и размещенных за рубежом активов а также запрет на посещение стран Европейского Союза и США.

Previous Post

Azərbaycanda daha bir müstəqil media qurumuna qarşı ciddi cinayət təqibinin başlanması barədə bəyanat

Next Post

RATİ-nin bəyanatı: Avropa Birliyi və Avropa Şurası Azərbaycan hakimiyyətinin törətdiyi hüquq pozuntularına sərt reaksiya verməlidir

Start typing to see posts you are looking for.