RATİ-NİN BƏYANATI:

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ MÜHAFİZƏÇİ JURNALİSTLƏRƏ QARŞI GÜC TƏTBİQ EDİB VƏ FOTOKAMERANI SINDIRIB

 

Bu gün təxminən 12:20 radələrində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun tədqiqatçı-jurnalisti Rasim Əliyev və "Cənub Xəbərləri" qəzetinin  müxbiri Pərviz Əzimov Lənkəran Dövlət Universitetində (LDU) Pərviz Əzimovun qovulması məsələsini araşdırarkən fiziki təzyiqə məruz qalıblar. 

Belə ki, universitetin mühafizəçisi onları universitetin həyətindən güc tətbiq edərək çıxarmış və onlara qarşı təhqiredici  ifadələr işlətmişdir. İnsident zamanı mühafizəçi RATİ-nin tədqiqatçısı Rasim Əliyevi zərblə itələmiş və Nikon D90 markalı fotoaparatı əli ilə vuraraq linzasını sındırmışdır. LDU mühafizəçisi Ağəli Kəlbiyev P Əzimovun Lənkəran Universitetindən qanunsuz qovulması ilə bağlı qaldırılan məhkəmə işində universiteti təmsil edən iqtisadi məsələlər üzrə rektor köməkçisi Ruslan Həmidovun  yanında işləyir. A.Kəlbiyev Əzimovun məhkəməsində cavabdeh tərəfin şahidi siyahısındadır. Bu, maraq toqquşmasına səbəb olduğu üçün, Kəlbiyev şahidlər siyahısından çıxarılmalıdır.
     Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu jurnalistlərin işinə Kəlbiyev tərəfindən güc tətbiq edilməsini və qeyri-qanuni müdaxiləni pisləyir və sındırılan fotokameranın kompensasiyası da ödənilmək şərti ilə mühafizəçiyə qarşı hüquq mühafizə orqanlarını lazımi tədbirlərin görülməsinə çağırır.
     RATİ Media Hüquqları İnstiutu ilə birgə bu hadisə ilə əlaqədar  məhkəməyə şikayət ərizəsi verməyi planlaşdır. Onlar Lənkəran rayon Polisi Şöbəsinə artıq müraciət etmişlər.
     LDU Pərviz Əzimov daxili intizam qaydalarını pozduğuna görə universitetdən xaric edildiyini bildirsə də, P.Əzimov  10 fevral, 2009-da "Cənub Xəbərləri” qəzetində nəşr etdirdiyi "Bağlı otaqarda açıq bazar” məqaləsinə görə universitetdən əsassız və qanunsuz olaraq xaric edildiyini iddia edir.
Previous Post

JURNALİSTLƏR LƏNKƏRANDA TƏZYİQƏ MƏRUZ QALIBLAR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.