JURNALİSTLƏR LƏNKƏRANDA TƏZYİQƏ MƏRUZ QALIBLAR

Lənkəranda jurnalist təhqiqatı aparan  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Rasim Əliyev və “Cənub xəbərləri” qəzetinin əməkdaşı Pərviz Əzimovun Lənkəran Dövlət Universitetində təzyiqə məruz qalıb. Bu gün saat 12.20 radələrində RATİ əməkdaşları P.Əzimovun Lənkəran Dövlət universitetindən (LDU)  xaric olunmağının səbəblərini araşdırmaq üçün universitet rəsmiləri ilə görüşmək istəyiblər. Universitetin həyətinə daxil olan R.Əliyev və P.Əzimovu qarşılayan LDU-nun mühafizəçisi Ağali Kəlbiyev jurnalistləri təhqir edib və itəliyərək ərazidən çıxarıb. Bu zaman RATİ-nin əməkdaşı Rasim Əliyevin əlində olan RATİ-yə məxsus “Nikon D-90” fotoaparatını əli ilə vuraraq sındırıb.

 Xatırladaq ki, LDU rəhbərliyi P.Əzimovu nizam-intizam qaydalarını pozmaqda ittiham edərək universitetdən qovub. P.Əzimov isə universitetdə baş verən qanunsuz hallarla bağlı “Cənub Xəbərləri” qəzetinin 10 fevral, 2009-cu il tarixli sayında dərc etdirdiyi “Qapalı otaqlarda açıq bazar” məqaləsinə görə universitetdən qovulduğunu iddia edir. P.Əzimov LDU-dan xaric edilməsi barədə LDU-nun qərarının ləğv edilməsi iddiadı ilə Lənkəran şəhər Məhkəməsinə şikayət verib.
     Onu da qeyd edək ki, RATİ-nin fotoaparatını sındıran şəxs P.Əzimovun iddiası ilə keçirilən məhkəmədə cavabdeh tərəfin şahidi qismində ifadə verəcək.
     Baş vermiş insidentə aydınlıq gətirmək məqsədilə LDU-ilə telefon əlaqəsi saxladıq.  Özünü təqdim etməyən LDU-nun xanım əməkdaşı insident barədə məlumatsız olduğunu bildirərək, mühafizəçilərlə bağlı universitetin təsərrüfat məsələlərə üzrə rektor müavini Ruslan Həmidovun (P.Əzimovun iddiası ilə qaldırılan məhkəmədə cavabdeh tərəfin nümayəndəsidir) cavabdeh olduğunu, amma onun vacib tədbirdə iştirak etdiyi üçün iş yerində olmadığını bildirdi.
     R.Həmidovun da mobil telefonuna zəng edərək baş vermiş insidetlə bağlı münasibətini öyrənməyə cəhd etdik: “Ağali mənə zəg edib Universitetdə qanunsuz şəkil çəkən adamların olduğunu dedi. Mən də ona dedim ki, həmin adamları yanıma yolla, mən məhkəmədəyəm. Daha orada heç kimə təzyiq olmayib, heç bir aparat da qırılmayıb”.
Previous Post

PƏRVİZ ƏZİMOVUN MƏHKƏMƏSİ SABAH DAVAM EDƏCƏK

Next Post

RATİ-NİN BƏYANATI:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.