ELMAR HÜSEYNOVA ABİDƏNİN UCALDILMASI ÜÇÜN MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİNƏ MÜRACİƏT ETMƏK TÖVSİYƏ OLUNUB

“Monitor” jurnalının baş redaktoru, mərhum jurnalist Elmar Hüseynova abidənin ucaldılması ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Ş. Məmmədovun imzası ilə RATİ-yə məktub daxil olub.

“Azərbaycan Respublikasının Prezidentinə ünvanladığınız müraciətinizə cavab olaraq bildiririk ki, qaldırdığınız məsələ Yasamal Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğu üçün aidiyyatı üzrə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur”, – deyə məktubda bildirilir.
 RATİ bunu əsas tutaraq, bu gün (16 may)  Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevə müraciət ünvanlayıb. 

Previous Post

AQİL XƏLİL ÖLKƏDƏN BURAXILMADIĞINA GÖRƏ BAŞ PROKURORLUĞU VƏ SƏRHƏD XİDMƏTİNİ MƏHKƏMƏYƏ VERİB

Next Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ NİSBƏTƏN YAXŞILAŞIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.