AQİL XƏLİL ÖLKƏDƏN BURAXILMADIĞINA GÖRƏ BAŞ PROKURORLUĞU VƏ SƏRHƏD XİDMƏTİNİ MƏHKƏMƏYƏ VERİB

may 16th, 2008

"Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlil ölkədən buraxılmadığına görə Baş Prokurorluğa, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə və Dövlət Sərhəd Xidmətinə qarşı iddia qaldırıb.

Jurnalistin vəkili Elçin Sadıqov iddia ərizəsini bu gün Nəsimi Rayon Məhkəməsinə təqdim edib. Bu haqda məlumatı RATİ-yə Elçin Sadıqov özü verib: “İddia ərizəsində məhkəmənin Xəlilin ölkədən çıxmasına icazənin verilməməsinin qanunsuz hesab edilməsi, jurnalistin hüquqları pozulduğuna görə kompensasiyanın ödənilməsi və Aqilin istədiyi vaxt ölkədən çıxa bilməsi barədə qərar qəbul etməsi xahiş olunur”.
 RATİ Aqil Xəlilin özü ilə də əlaqə saxlayıb. Jurnalist Sərhədsiz Reportyorlar təşkilatının onunla bağlı göndərdiyi müraciətlərin nəticə verəcəyinə ümid etdiyini söyləyib.